Müğənni Rəhim Rəhimli geyimlərini tənqid edənlərə cavab verib. “Qafqazinfo”nun məlumatına görə, “ATV maqazin” verilişinə açıqlamasında müğənni hər zaman dəbli geyindiyini bildirib:
“Hər kəsin öz baxışı, zövqü var. Bu sırğalar dəbdir, mən demirəm ki, bütün gənclər sırğa taxsın. Mən necə kirli, zövqsüz görünə bilərəm? Stilist hər dəfə məndə dəyişiklik edir. Soyunmaq, yarıçılpaq olmaq müasirlik deyil. Dəbli olmaq üçün moda jurnallarına baxmaq kifayətdir. Bu il aksesuarlara xüsusi önəm verdim, çünki bu il aksesuarlar dəbdədir. Tamaşaçı zövqlü müğənni görmək istəyir. Gözəl geyinməli, danışmalıyam. Yalan danışmaq mənə məxsus xarakter deyil”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?