ARB TV-nin “Açıq pəncərə” proqramının ilk buraxılışının qonaqlarından biri müğənni Rəhim Rəhimli olub.
O, məşhurların sosial şəbəkə paylaşımlarını qınayıb: “Yeyib-içdiyimizi insanalara göstərmək, evi, maşını nümayiş etdirmək olmaz. Evimə bu vaxta kimi kamera girməyib. Bir dəfə baxıram ki, aparıcı girir yataq otağına, paltar dolabını açır, camaat da baxır. Bu, tərbiyəsizlikdir. Sevmirəm yeyib-içdiyimi, maşınımı göstərim”.
Müğənni bildirib ki, tamaşaçı üçün hər şey maraqlıdır: “Müğənnilər mənə bu dediklərimə görə, cavab verməsin. Bu, mənim öz fikrimdir. Ağızlarını Allah yoluna qoyub danışmasınlar. Bu, insanların nəfsi ilə oynamaqdır. Bunu yeyə bilməyən, maşını sürə bilməyən var. Tamaşaçı üçün hər şey maraqlıdır. Alt paltarın da, üst paltarın da, şəxsi həyatın da… Bu demək deyil ki, hər şeyi göstərmək lazımdır. Sən özünə sənətçi deyirsənsə bunları nəzərə almalısan”.
Rəhim məşhurların hər yerdə şəkil çəkib paylaşmasını da pisləyib: “Bəzi müğənnilərimiz Bakıda məkan qoymayıb. Bunlar görməmişlikdir. Görməmişliyin əlamətidir, görməyib. Mən buna başqa ad verə bilmərəm. İnsanların da burada günahı var. Onlar baxmasalar, bəyənməsələr məşhurlar bunu etməzlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?