Bakı ABŞ-ın “The New York Times” qəzetinin hazırladığı 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanı siyahısına daxil edilib.
Siyahıya dünyanın müxtəlif mədəniyyətlərini təmsil edən Kuba, Makedoniya, Zimbabve, Florida, Milan və s. kimi ölkə və şəhərlər daxildir. “The New York Times” qəzetində yerləşdirilən və siyahıdakı bütün məkanlar haqqında məlumat verilən məqalədə Bakı haqqında bunlar yazılır:
“Qədim mədəniyyət və Dubay tərzindəki ekstravaqantlığı Bakını turistlərin getmək istədikləri məkanlardan birinə çevirir. Azərbaycanın paytaxtında baş verən ikinci neft bumu Xəzər dənizinin sahilində yerləşən bu şəhərə var-dövlət qazandırmış və yeni üfüqlər açmışdır. Hökumət neftdən əldə olunan gəliri UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmış İçərişəhəri dövrəyə alan zəngin memarlıq layihələrinə yönəldir. Şəhərin ən gözəl binalarına misal olaraq Alov qüllələrini və Zaha Hadidin memarlığı ilə tikilən Heydər Əliyev Mərkəzini göstərmək olar. Şəhərdə Four Seasons, Hilton və Kempinski kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir. Bu yay Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində 33 mərtəbəli Trump İnternational oteli və Bakı qülləsi də bu möhtəşəm tikililər siyahısına əlavə olunacaqdır”. (azertac)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?