Bu gün səhər saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Bu barədə report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib. Hazırda vulkan aktivliyi baş verən ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır. Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə, dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir. Qeyd edək ki, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.
Sorğu
Yeni dizaynımız necədir?