gundemxeber.az gecce.az-a istinadən xəbər verir ki, 3 qardaş olan Kərimin bir qardaşı gənc yaşda rəhmətə gedib. Dəhşətli avtomobil qəzasında qardaşını itirən müğənni bunları bildirib: “3 qardaş idik. Qardaşım 8 il əvvəl rəhmətə gedib. Avtomobil qəzası nəticəsində 22 yaşı olanda dünyasını dəyişib”.
Kərimin kiçik qardaşının isə 26 yaşı var. Qardaşının işsiz-gücsüz olduğunu deyən ifaçı onun avara olmaması üçün əlindən gələni əsirgəmir: “Qardaşım avaraçılıq üzrə sədr müavinidr. Çox böyük vəzifəsi var. Hələ ki, subaydır. Kimdir ona qız verən? Ona qız verənin ağlı yoxdur. Qoy, iş tapsın sonra ailə qurar. Qardaş kimi əvvəl cibinə pul qoyurdum. Amma indi heç nə qoymuram. İstəmirəm ki, əlimizə göz diksin.
Atam ürək xəstəsidir deyə hazırda işləmir. Anam isə bağçada tərbiyəçidir. Mən necə əziyyət çəmişəmsə, o da çəksin qazansın”.
Sorğu
Yeni dizaynımız necədir?