2015-cü il yanvarın 11-nə kecən gecə, saat 01:40-da Haaqa səhərində, Azərbaycan və Holland xalqlarının sevimli yazıçısı Gülşən Lətif qizi Kazımova-Atəş vəfat etdi.
Həyat uğrunda son dəqiqəyəcən ölümlə mərdliklə ölüm-dirim mübarizəsi aparan, lakin bir dəqiqə də belə olsa, iradəsini və yumor hissini itirməyən, güclü şəxsiyyəti və iradəsi ilə bütün həkimlərin və xəstəxana işcilərinin rəğbətini qazanan Gülşən xanımın son anında onun sevimli oğlu, həyat yoldaşı, ailə üzvləri və iki ən yaxın rəfiqəsi yaninda olub.
Mərhumun cənazəsi, dini adət-ənənəyə əsasən, hazır olduqdan sonra, Gülşən xanımın doğma səhəri olan Bakıya aparılacaq. Dəfn mərasimi həmin səhərdə baş tutacaq. Mərhumla vidalaşmaq istəyən yaxinlara bazar ertəsi günü vida yeri barədə əlave məlumat veriləcək.
Hollandiyada Gülşən xanımın ruhunu yad etmək üçün mərhumun qırxı tamam olunca, icma mərasimləri keciriləcəkdir.
Gülşən Lətif 20 ildən yuxarı Avropanın Niderland Krallığında yaşayıb-yaratmışdır. O, holland ictiamiyyətində və mətbuatında dəyərli yer tutub, Azərbaycan həqiqətlərinin Avropaya catdırılmasi üçün, sözün əsl mənasında, var qüvvəsini verib. Hollandiyada “AnaVətən” adlı qadın təskilatının təsisçisi və rəhbəri olub, insan hüquqları müdafiəsi üzrə böyük işlər aparıb.
Gülşən Lətifin “Bizim nəslin qızlari” adlı romanı 2009-cu ildə Rusiyada kecirilən Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin qalibi adına layiq gorülüb. Onun “Azeraida adası” romanı, son beş ildə ən çox oxunan kitablar siyasına daxil olub.
2014-cü ildə Haaqada Azərbaycan səfirliyində Gülşən xanımın böyük Yaradıcılıq Gecəsi kecirilib.
Gülşən Lətif qizi Kazımova-Atəş Azərbaycan xalqının ən mərd və mübariz qadinlarından, öz rəhbərlik və təşkilaçılıq keyfiyyətlerinə görə isə, Hollandiyada ən unudulmaz şəxsiyyətlərdən biri olub. Onun yeri Azərbaycan icmasinda və Azərbaycan diaspora təskilatları arasında həmişə görünəcək.
Bu gündən etibarən, hər il yanvarın 10-u sevimli yazıçımız Gülşən xanımının anım günü kimi qeyd olunacaq.
Gülşən xanımın təkrar olunmaz bir səxsiyyət kimi, Hollandiyada yaşayan Azərbaycanlıların qəlbində əbədi yasayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?