AzadXeber.az-ın verdiyi məlumata görə, Cəlilabad rayonunda canavarlar Mustafayevlər ailəsinə məxsus tövləyə hücum çəkərək qoyunları parçayıb. Nəticədə kreditlə təsərrüfat quran ailəyə 2 min AZN maddi ziyan dəyib.
Hadisə ötən gecə Cəlilabad rayonunun Kazımabad kəndində baş verib. Həmin kəndin sakini Famil Müstafayev səhər saatlarında heyvanları yemləmək məqsədi ilə tövləyə girdikdə gördüklərinə inamayıb. Tövlədə qoyun-quzuların parçalandığını, bir-birinin yanında sıra ilə düzüldüyünü görüb.
Hadisə yerində çəkiliş aparan əməkdaşımıza danışan zərərçəkən bildirib ki, canavar tikilinin divarını oyaraq oradan içəri soxulub. Bunu divarın taxtalarındakı yırtıcının diş izlərindən də müşahidə eləmək olur.
Qeyd edək ki, tövlədəki 15 xırdabuynuzludan 13-ü tələf olub, 2-si isə ölümcül haldadır. Heyvanların bir neçəsinin cəsədi sonradan yaxınlıqdakı meşədə aşkar edilib. Kəndlilərin fikrincə, eyni vaxtda sürüyə bir yox, bir neçə canavar hücum çəkib.
Canavarlarda quduzluq xəstəliyinin ola biləcəyi ehtiyat edlərək Cəlilabad Baytarlıq İdarəsi tərəfindən ərazidə dezinfeksiya işləri aparılıb. Tələf olmuş heyvanların cəsədləri xüsusi qaydada zərəsizləşdirilərək basdırılıb. Rəşad Süleymanov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?