gundemxeber.az bildirir ki, bu barədə APA-ya rayonun Danaçı kənd sakini Taibat Ömərova məlumat verib. Onun sözlərinə görə, aprelin 28-dən 29-na keçən gecə ona məxsus tövləyə hücum edən canavar iki baş qoyunu parçalayıb. Gecə saatlarında ev sahibləri tövlədən müxtəlif səslər eşitsələr də, silahsız olduqlarından tövləyə enməyə qorxublar. Tezdən tövləyə gedən ev sahibəsi iki qoyunun parçalandığını görüb. Xoşbəxtlikdən canavar tövlədə olan at və iribuynuzlu heyvanlara toxunmayıb.
Kənd sakinləri bildiriblər ki, belə hadisələr kənddə vaxtaşırı baş verir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?