GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dört nazirin deyəsən sonu gəlib- İslahatlar gözlənilir

Dört nazirin deyəsən sonu gəlib- İslahatlar gözlənilir

Tarix: 12-01-2015, 13:58 Bölmə :Ölkə Baxış: 0
Dört nazirin deyəsən sonu gəlib- İslahatlar gözlənilir

Ziya Məmmədov, Şahin Mustafayev, Azad Rəhimov və Natiq Əliyev postlarını təhvil verməyə hazırlaşır

Dünya bazarında neftin qiymətindəki düşüş neft hasilatından asılı olan dövlətlər üçün ciddi təhlükələr yaradıb. Artıq Neft Fondunun rəsmiləri dünya bazarında neftin qiymətindəki düşüşlə əlaqədər bəyanatla çıxış ediblər ki, bir sıra xərcləri dayandıracaqlar. Büdcə xərclərindən ən çox pay götürən Nəqliyyat Nazirliyidir. Hər il investisiya xərclərinin böyük hissəsi məhz bu nazirliyin sərəncamına verilir. Neftin qiymətindəki düşüşün 2015-ci ildəki büdcə xərclərinə təsir edəcəyi isə şübhəsizdir. Ekspertlərin fikrincə, dövlət büdcəsində bəzi xərclər digərlərinə nisbətən bir neçə dəfə artırılıb:

«Büdcənin otuz dörd faizi investisiya xərclərinə sərf olunur. Bundan başqa, əlavə bir neçə istiqamətdə də iri vəsaitlər ayrılır. Bu xərc istiqamətləri əsasən Azərbaycana gələn neft gəlirlərinə arxayın olaraq müəyyənləşmişdi. Amma bu gəlir hissəsində əhmiyyətli azalma yaşanacaqsa, bu o deməkdir ki, ən azı may ayında büdcəyə yenidən baxılmalı və bəzi xərc maddələri ixtisara salınmalıdır». Yayılan məlumatlara görə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bəzi hökumət nümayəndələrinin tutduğu vəzifə ilə vidalaşmasına gətirib çıxara bilər. Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlara əsasən gələcək karyerası sual altında olan şəxslərdən biri nəqliyyat naziri Ziya Məmmədovdur. Yazının əvvəlində qeyd olunduğu kimi, bu ildən etibarən nəqliyyat sahəsinə yatırılan investisiyaların həcminin azaldılacağı gözlənilir. İddialara görə, adı son illər müxtəlif biznes layihələrində və yeyintilərdə hallandırılan Ziya Məmmədovun vəzifədən çıxarılma ehtimalı yüksəkdir. Hətta bir müddət əvvəl nazirin tutduğu görəvdən alınacağı barədə xəbərlər daha da intensivləşmişdi. Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətlərinin əlindən alınması isə nazirin yola salınmasına hazırlıq kimi təhlil edilmişdi. Məlumatınız olsun ki, Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. 1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb. Prezidentin 31 iyul 1996-cı il tarixli 379 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb. 2002-ci ildən isə nəqliyyat naziri vəzifəsində işləyir.

Mətbuatda yazılanlara istinad etsək 63 yaşlı Ziya Məmmədovun 13 illik fəaliyyəti ictimaiyyət tərəfindən normal qəbul edilmir. Mənbənin məlumatında xüsusi olaraq qeyd edilir ki, nazir vəzifəyə təyin olunduğu 13 il ərzində ölkənin nəqliyyat infrastrukturunun mükəmməl səviyyəyə çatdırılması, ictimai nəqliyyatda mövcud olan problemlərin və digər neqativ halların aradan qaldırılması üçün ciddi səy göstərməyib. Əksinə, onun adı daim qalmaqallı məsələlərdə və dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitləri öz şəxsi maraqları naminə istifadə etməkdə hallandırılıb: «Məhz bu amilləri nəzərə alan yuxarılar nazirin dəyişdirilməsi barədə müzakirələrə başlayıblar. Nazirlər Kabinetinin dəhlizlərində dolaşan söz-söhbətlərə görə, Ziya müəllim tezliklə vəzifəsini itirəcək. Ola bilsin ki, bu proses ya ilk Yay Avropa Olimpiya Oyunlarından sonra, ya da olimpiyadadan əvvəl reallaşsın. Çox güman ki, Ziya Məmmədov ən yaxın müddətdə vəzifəsindən kənarlaşdırıla bilər. Buna səbəb nəqliyyat sisteminin yarıtmaz durumu, o cümlədən bu sahədə fəaliyyət göstərən səlahiyyətli şəxslərin qanunsuz əməlləridir». Kadr islahatları çərçivəsində vəzifədən uzaqlaşdırılması gözlənilən məmurlardan biri də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Qeyd edək ki, Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Noyemberyan rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 1991-1992-ci illərdə «Spektr» kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.

1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub. 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2008-ci il oktyabrın 31-dən 2013-cü ilə kimi İqtisadi İnkişaf naziri olub. 2013-cü ilin oktyabrından İqtisadiyyat və Sənaye naziridir. Həmçinin Stolüstü Tennis İdman Federasiyasının prezidentidir. Mənbənin sözlərinə görə, Şahin Mustafayev özü haqda sadə həyat tərzi sürən nazir görüntüsü yaratsa da, əslində belə deyil: «O da bəzi nazirlər kimi dövlət büdcəsinin vəsaitləri hesabına şəxsi maliyyə imkanlarını genişləndirən məmurlardandır. Deyirlər ki, nazirin şəhərin mərkəzi ərazilərində, eləcə də bir sıra rayonlarda ticarət obyektləri, fermer təsərrüfatları, mülkləri mövcuddur. Bundan başqa, Şahin müəllim vəzifəyə təyin olunandan bir müddət sonra Novxanı qəsəbəsində «Sarı qaya» restoranının yaxınlığında özü üçün böyük imarət tikdirib. Deyilənə görə, hörmətli nazirimiz təxminən 80 sota yaxın ərazini alaraq burda 5 mərtəbəli villa ucaldıb. İmarətin tikintisi zamanı Novxanı bağlarının yaraşığı və bərəkəti olan əncir ağaclarını kəsdirərək əvəzində İtaliyadan bahalı tut ağacları, Avropadan isə müxtəlif dekorativ ağaclar gətirdərək öz bağında əkdirib. Belə eşitmişəm ki, Şahin müəllim həmin bahalı ağacların gətirilməsi üçün «Caspian Botanika» MMC-yə sifariş verib. Heç kimə sirr deyil ki, hazırda ölkəmizin iqtisadiyyat və sənaye sahəsində mövcud olan bəzi xoşagəlməz halların yaranması nazirin vəzifə səlahiyyətlərini düzgün icra edə bilməməsinin nəticəsidir. Elə buna görə də yuxarılarda Şahin Mustafayevə olan inam azalıb. Hazırda onun vəzifədən çıxarılması məsələsi gündəmdədir. Gözləntilərə görə, nazir yaxın vaxtlarda vəzifəsini başqasına təhvil verə bilər». İddialara görə, yol üstə olan məmurlardan digəri gənclər və idman naziri Azad Rəhimovdur. Qeyd edək ki, 1964-cü ildə Bakı şəhərində anadan olan Azad Rəhimov Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini bitirib.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1989-1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə «Ros-İMESKO» Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək «İtaldizayn» Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib. 2006-cı ildən indiyə kimi Gənclər və İdman Nazirliyinə rəhbərlik edən məmur iş fəaliyyətindən daha çox biznes layihələri ilə gündəmə gəlir. Araşdırmalar göstərir ki, nazirə məxsus «İtaldizayn» şirkətinə əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: «İdea», «Creative System», iki «Villeroy & Boch» butik və salonu, «Bang & Olufsen», «Ambiance», dörd «Swarovski» butiki, «Royal Collection», «Royal Collection — Watches & Accessories», «Yves Delorme», «Baccarat — Bernardaud», «Museum», «Chopard», «Carpets Boutique», «Lladro», «Roberto Coin — de Grisogono»; iki «Eurodesign» və «Transeurocom» telekommunikasiya şirkəti; «İD Catering» keyterinq şirkəti və «Creacon» inşaat şirkəti. Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində «İtaldizayn Group»un təklif və xidmətləri bazarda ən yaxşılardandır. Mənbə vurğulayır ki, Azad Rəhimov nazir olduqdan sonra imkanlarından istifadə edərək holdinqə daxil olan şirkətlərin beynəlxalq sərgilərdə iştirakını təmin edib: «Başı məhz biznes işlərinə qarışan nazir vəzifə səlahiyyətlərinə aid olan məsələlərə elə də əhəmiyyət vermir. Bu səbəbdən nazirliyin fəaliyyətində müəyyən axsamalar müşahidə edilməkdədir. Azad Rəhimov vəzifədən çıxarılmayınca, vəziyyət belə də davam edəcək. Onun postundan uzaqlaşdırılması isə an məsələsidir». Energetika naziri Natiq Əliyevin də vəzifədən çıxarılacağı bildirilir. Məlumat üçün deyək ki, Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra «Xəzərdənizneftqazsənaye» Ümumittifaq İstehsalat Birliyinin «Azdənizneftkəşfiyyat» trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib. 1979-cu ildə «Xəzərdənizneftqazsənaye» Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışmışdır. Prezidentin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə energetika naziri təyin edilib. Məlumatlı mənbənin dediyinə görə, Natiq Əliyev digər nazirlərdən fərqli olaraq işində yol verdiyi nöqsanlara görə yox, yaşı ilə əlaqədar tutduğu vəzifədən çıxarıla bilər. Qeyd edək ki, Natiq Əliyevin 68 yaşı var.

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

P.S. Görəsən kimin adamı «dozanın” acısını çəkdi./gun baki/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Büdcə-2016: Rusiya nefti 50 dollardan götürdü, Azərbaycan isə...

    Büdcə-2016: Rusiya nefti 50 dollardan götürdü, ...

    4-09-2015, 16:44

  • 
  • Ekspert büdcədə neftin qiymətini 90 dollardan götürməyi yanlış sayır

    Ekspert büdcədə neftin qiymətini 90 dollardan ...

    14-10-2014, 12:13

  • 
  • Neftin qiyməti 45 dollara endi

    Neftin qiyməti 45 dollara endi ...

    30-11-2015, 18:21

  • 
  • Neft yenə niyə ucuzlaşır? - Yeni böhran gözlənilir

    Neft yenə niyə ucuzlaşır? - Yeni böhran gözlənilir ...

    8-09-2020, 11:47

  • 
  • Neftin qiyməti dəyişdi

    Neftin qiyməti dəyişdi ...

    10-05-2015, 14:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (80)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu