İqtisadçı-ekspert Rövşən Ağayev “Media forum” saytına belə deyib.
Ekspert qeyd edib ki, hökumətin büdcədə neftin qiymətini 90 dollardan götürməsi yanlış qərardır: “Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın yaxın perspektivləri, 2016-cı ilədək dövr üçün bədbin proqnozlar verir, Beynəlxalq Energetika Agentliyi isə neft bazarında tələbin azalacağını proqnozlaşdırır. İrana qarşı sanksiyaların azaldılması, ABŞ-ın neft-qaz idxalından imtina edərək ixracatçıya çevrilməsi, neftin qiymətini azaltmaq yönündə ABŞ-Səudiyyə Ərəbistanı sövdələşməsinə dair məlumatların dolaşması fonunda qiymətin 70-80 dollar intervalında qərarlaşacağı rəyi üstünlük təşkil edir.
İkincisi, neft gəlirlərinin azalma riskinin böyük olduğu bir vaxtda 2015-ci il büdcə gəlirləri 2014-cü ilə nisbətən 1.054 milyard manat, 5.7 faiz artımla proqnozlaşdırılır. Öz növbəsində Dövlət Neft Fondunun transfertlərinin 1.051 milyard artımı nəzərdə tutulur. Transfertlərin ümumi həcmi 10.388 milyard manat proqnozlaşdırılır.
Üçüncüsü, hökumət 2014-cü ilə nisbətən 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların təxminən 500 milyon manat artacağını proqnozlaşdırır və bu da kifayət qədər problemli görünür.
Gəlirlərə adekvat olaraq xərclərin də artımı nəzərdə tutulur – 1.037 milyard manat və ya 5.2 faiz. Artımların 90 faizə qədəri tikintini (təxminən 670 milyon manat artır), müdafiə işini (141 milyon manat artır), səhiyyəni (52 milyon manat artır) əhatə edir. Yerdə qalan xərc istiqamətləri üzrə artım ümumilikdə 174 milyon manat olacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?