Bir neçə gün öncə Bayıl qəsəbəsi, Buxta küçəsi 212 ünvanında baş verən sürüşmə aidiyyəti orqanları hərəkətə gətirib.
gundemxeber.az Axar.az-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin nəzdində olan binaya baxış keçirilib və yaxın günlərdə binanın sakinləri qəzalı ərazidən köçürüləcək.
Bildirək ki, yanvarın 9-da sözügedən ərazidə sürüşmə hadisəsi baş verib. Xəsarət alan olmasa da, ərazidəki binaya ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, həmin bina Neft Şirkətinə aiddir və orada əvvəllər idarə olub. İndi isə həmin binada 6 qaçqın ailəsi yaşayır.
Sakinlər onu da bildirib ki, həmin ərazidə keçən il də sürüşmə qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, nazirliyin əməkdaşları hadisə yerindədirlər.
“Hadisə araşdırılmalıdır, sürüşmə və ya uçqun olduğu dəqiqləşdirilməlidir. Çünki həmin ərazidə binalar sıx-sıx tikildiyindən, indiyədək bir neçə dəfə uçqun baş verib”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?