Fransanın paytaxtı Parisdə baş vermiş qətl hadisələrinə etiraz məqsədilə 1,5 milyon insanın iştirakı ilə keçirilən yürüşün maraqlı maqamları ortaya çıxıb. Avropa.info xəbər verir ki, liderlərin də iştirak etdiyi yürüşdən dünya mətbuatında bir çox fotoşəkillər təqdim olunub.
ABŞ-dan heç kimin iştirak etmədiyi bu yürüş sosial şəbəkələrdə bir sıra müzakirələrə səbəb olub.
Twitterdə yayılan və müzakirə olunan bu fotoşəkil əslində dünya liderlərinin kütləylə birlikdə hərəkət etmədiklərini üzə çıxarıb.
Fotoşəkildə liderlərin ümumiyyətlə hərəkət etmədikləri müşahidə olunur. Onlar sakit və təhlükəsiz bir kücədə duraraq sadəcə şəkil çəkdiriblər.
Bəzi şərhçilər isə təhlükəsizlik səbəbilə belə addım atıldığını irəli sürüblər.
Sorğu
Yeni dizaynımız necədir?