Sabiq prezident və baş nazir prezidentlik postunun 2029-cu ilədək bir-birinə ötürülməsi ilə bağlı razılığa gəliblər
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və sabiq baş nazir Yuliya Timoşenkonun gizli danışıqlarının üstü açılıb. Ukrayna mətbuatında Yanukoviç və Timoşenkonun prezidentlik postunun 2029-cu ilədək bir-birinə ötürülməsi ilə bağlı razılığa gəldikləri haqda sənədlər yayılıb. Sənədlər Yanukoviçin “Mejiqorya” adlı iqamətgahında axtarış aparılarkən tapılıb. Sənəddə bildirilir: “Viktor Yanukoviç və Yuliya Timoşenko 2009-cu ilə qədər seçkilərdə Regionlar Partiyasının və “Batkivşina”nın vahid siyahısı ilə iştirak etməlidiri. Eləcə də prezidentin parlamentdə seçilməsi ilə bağlı Konstitusiyaya dəyişiklik edilməli və Viktor Yuşşenkonun impiçment məsələsi də reallaşdırılmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?