İnterpress.az xəbər verir ki, Tatarıstandan olan 2 killer Albert Rıjıy kimi tanınan Əli Heydərova sui-qəsdə cəhd edib. Bəzi məlumatlara görə, Əli Heydərovun ölümü barədə sifarişi 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifov verib. Bundan başqa müttəhimlər kürsüsündə Gürcüstandan olan kriminal avtoritet İlham Hacıyev də oturacaq. Onun əslən Gürcüstandan olan Səlifov qardaşları ilə qohumluq əlaqəsinin olduğu da bildirilir.
Albert Rıjıyın Lotu Quli ilə münaqişəsinin səbəbi isə birincinin Rövşən Lənkəranski ilə yaxınlaşmaq cəhdi olub. Ancaq sonradan Əli Heydərovun R.Lənkəranski ilə danışıqları da heç bir nəticə verməyib. Albert Rıjıy həbs edildiyi zaman isə onu ancaq Mırıç və Qela Kardava müdafiə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?