Bu gün günorta saatlarında Moskvadakı idman zalında qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Əli Heydərovun öldürülməsi ilə bağlı istintaq tərəfindən nəzərdən keçirilən versiyalar açıqlanıb.
Mk.ru portalının məlumatına görə, hazırda istintaq qətlin iki mümkün səbəbi üzərində dayanıb.
Bunlardan biri mərhumun yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlığına görə cəzalandırılması, digəri isə “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlinin sifarişçisi olduğu üçün intiqam məqsədi ilə öldürülməsidir.
Qeyd olunur ki, “Ded Xasan”ın ölümündən sonra cinayətkar qruplaşma daxilində liderlik uğrunda savaş başlayıb və hazırda da davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?