İngiltərədə Samanta Miller adlı qadın keçmiş həyat yoldaşının ona verdiyi dəhşətli işgəncələrdən danışıb.
Hamiləykən qadının qarnına yumruq vuran kişi körpənin beyin zədəsi almasına səbəb olub. 35 yaşlı qadın yaşadığı dəhşətləri bütün çılpaqlığı ilə danışıb.
Samanta Millerin əri, 5 uşaq atası Sean Conston 27 cinayətdə günahkar bilinərək məhkəmə tərəfindən 17.5 il müddətinə azadlıqdan məhrum edilib. Samanta Miller başına gələnlər barədə bunları deyib:
«2 il sanki qorxu filmində yaşamışam. Bəzən yuxudan duranda onu üzərimdə görürdüm. Qarşıma noutbukunu qoyaraq çata bağlanırdı. O zamanlar hamiləydim. Mənə döyərək təcavüz edirdi və bunuları başqalarına göstərirdi. Gecələr yatmağa qorxurdum.
Məni Rottveiler cinsli iti ilə əlaqəyə girməyə də məcbur edirdi. Bıçaqla hədələyərək, “bunu etməsən, səni öldürəcəyəm” deyirdi. Gecələr nə yemək yeyirdim , nə də yatırdım. Siqareti bədənimdə söndürürdü».
Qeyd edək ki, Samanta Miller əri Conston ilə 2006-ci ildə başlayan münasibətini 2008-ci ildə körpəsini götürüb polis bölməsinə qaçaraq bitirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?