GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xaçmazda arvadını öldürən kişidən ŞOK ETİRAF

Xaçmazda arvadını öldürən kişidən ŞOK ETİRAF

Tarix: 22-11-2013, 11:42 Bölmə :Ölkə Baxış: 814
Xaçmazda arvadını öldürən kişidən ŞOK ETİRAF
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1974-cü il təvəllüdlü Eynulla Musayevin məhkəməsi başlayıb. O, bu il mayın 27-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində olan evində həyat yoldaşı Şərqiyyə ilə cinsi əlaqədə olmaq istəyib. Lakin Şərqiyyə ona kobud cavab verib. Eynulla arvadının xəyanət etdiyini düşünüb və onu bıçaqlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə müttəhim özünü təqsirli bilib və deyib ki, Şərqiyyədən iki övladı var: "Arvadım məni adam yerinə saymırdı, mənə xəyanət edirdi. Şərqiyyə onunla yaxınlıq etməyimə imkan vermirdi. Eyni evdə yaşayırdıq, amma birgə yatmırdıq. Buna görə də aramızda söz-söhbətlər olurdu. Ona bir söz deyən kimi anasıgilə qaçırdı. Anasıgilə qaçmaqda məqsədi mənimlə yatağa girmək istəməməsi olub. Onun başqaları ilə görüşməsindən şübhələnirdim. O, başqa kişi ilə əlaqə saxlayırdı, görüşürdü. Buna görə də öldürmüşəm".

Peşman olduğunu deyən Eynulla Musayev arvadını dəfələrlə döyməyindən danışıb. Onun sözlərinə görə, Şərqiyyənin başqa kişi ilə görüşdüyünü dəqiq bilib: "Onun görüşdüyü kişi evimə də gəlib. Amma kim olduğunu bilməmişəm. Buna görə də Şərqiyyəni əvvəlcədən öldürməyi planlaşdırmışam. Şərqiyyəni həyətimizdə olan yarımçıq tikilidə bıçaqla vurdum. Onun ölməsinə əmin olandan sonra polis şöbəsinə getdim. Orada arvadımı namus üstündə öldürdüyümü etiraf etdim".

Eynulla Musayev gecələr rahat yata bilmir: "Gecələr yata bilmirəm, gözlərimə yuxu getmir. Gözümü yuman kimi arvadım yuxuma girir. Onun öldürdüyümə görə peşmanam".

Daha sonra mərhumun anası Raziyyə Əmirova qızının ailəsində son illər problemlərin olmağından danışıb. Onun sözlərinə görə, əri tərəfindən döyülən qızı tez-tez onun evinə gəlirmiş: "Eynulla içib sərxoş olurdu, qızımı döyürdü. Buna görə də tez-tez bizə gəlirdi. Ona deyirdim ki, Eynulladan sənə ər olmaz, məhkəmə yolu ilə boşan. Qızımın azyaşlı uşaqlarına yazığı gəlirdi. Buna görə də ərindən boşanmağa razı olmurdu. Mənim qızım heç vaxt Eynullaya xəyanət etməyib. Ərə gedəndən balaca bir damda qalıb. Zülm çəkə-çəkə ev tikmişdi. Həmin tikdiyi evdə rahat yaşaya bilmədi. Eynulla qızımın qatilidir, ona ən ağır cəzanın verilməyini xahiş edirəm".

Raziyyə Əmirova Eynulla Musayevin qızına verdiyi işgəncələrdən danışıb: "Qızım deyirdi ki, Eynullanın hərəkətlərindən qorxur. O, həmişə qorxu içində olurdu".

Eynulla Musayev isə qayınanasının yalan danışdığını deyib: "Raziyyə bizim problemlərimizi həll etmək üçün qızına bir söz demədi. Mənə ağzına gələni dedi, məni söyüb, təhqir etdi. Arvadımı gətirmək üçün qayınanamgilə gedirdim. Qayınanam iti açıb üstümə buraxırdı. Amma qızına deməzdi ki, nəyə görə ər evini tərk edibsən. Bu qadın da bizim ailənin bu vəziyyətə gəlməsində günahkardır".

Eynulla Musayev məhkəmə zalında olan arvadının qohumlarını hədələyib: "Mən də işimi bilirəm. Heç kim həbsdə qalan deyil. Buradan mən də çıxacağam. Onda sizinlə görüşəcəyəm".

Ailənin 16 yaşlı oğlu Həsən Musayev hadisə vaxtı evdə olmadığını deyib. Onun sözlərinə görə, işdə olan zaman ona zəng gəlib: "Evə gəldim. Dedilər ki, Eynulla anamla dalaşıb, xəstəxanaya aparıblar. Mən də xəstəxanaya getdim. Orada anam artıq ölmüşdü. Kəndə qayıdanda bildim ki, Eynulla anamı öldürüb. O, əvvəllər anamla tez-tez mübahisə edirdi, anama tərbiyəsiz sözlər deyirdi. Hamısını yalan danışır. Anam əxlaqlı qadın idi. Heç bir səbəb olmadan dava edirdi. Anamı torpağa tapşıran günü Eynullanı atalıqdan silmişəm. O, artıq mənim atam deyil. Həmişə anamı da, bizi də daim qorxu içində saxlayıb".

Eynulla Musayevin 14 yaşlı qızı Aytac Musayeva deyib ki, atası anası ilə tez-tez dalaşırmış: "Üç gün əvvəl atam anamla dalaşmışdı. Atam dalaşanda anamı söyürdü. Anam gilas bağlarında, çiyələk sahələrində işləyib, pul qazanırdı, bizi də dolandırırdı. Anam zəhmətkeş olub".

Mərhumun qardaşı Elşən Əmirov deyib ki, Eynulla bacısına böhtan atır. Bacısı namuslu qadın olub.

Məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda kişi arvadının başını kəsdi

    Azərbaycanda kişi arvadının başını kəsdi ...

    27-05-2013, 13:15

  • 
  • Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi başladı

    Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi ...

    18-04-2015, 22:53

  • 
  • Liftdə arvadını öldürmək istəyən yüngül cəza istəyir

    Liftdə arvadını öldürmək istəyən yüngül cəza ...

    20-10-2015, 11:09

  • 
  • Azərbaycanda kürəkəninə intim münasibət təklif edən qadının ölüm səbəbi - TƏFƏRRÜAT

    Azərbaycanda kürəkəninə intim münasibət təklif ...

    15-10-2013, 14:00

  • 
  • Azərbaycanda kişi arvadını, sonra isə özünü güllələdi

    Azərbaycanda kişi arvadını, sonra isə özünü ...

    29-07-2015, 13:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu