İçərisində azərbaycanlılar da olan gəmi fırtınaya düşüb.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, Sent Vinsent bayrağı altında üzən və içərisində 1200 ton yük olan gəmi Türkiyədən Tunisin Bizerte limanına getmək üçün yola çıxıb. Lakin gəmi Kirit adasının cənubunda fırtınaya düşüb.
Gəminin fırtınaya dözə bilməyəcəyini görən türk kapitan yunanlardan kömək istəyib. Səhər saatlarında onlara gəmini tərk etmək əmri verilib. Ancaq kapitan son anda gəmiyə nəzarəti bərpa etdiyini deyərək bu əmrə riayət etməyib.
Günorta saatlarında hava yenidən kəskinləşib. Kapitan kömək üçün ikinci dəfə müraciət etməli olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?