GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müxalifət parlament seçkilərini müzakirə etdi- dəyirmi masa- Fotolar

Müxalifət parlament seçkilərini müzakirə etdi- dəyirmi masa- Fotolar

Tarix: 15-01-2015, 23:57 Bölmə :Ölkə Baxış: 0
Müxalifət parlament seçkilərini müzakirə etdi- dəyirmi masa- Fotolar

Əksəriyyət seçkidə iştirakın tərəfdarıdır;- “Demokratik qüvvələr nə etməlidir?”…
Milli Strateji Düşüncə Mərkəzi (MSDM) yanvarın 15-də parlament seçkilərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirib. Musavat.com-un məlumatına görə, Müsavat Partiyasının qərargahında keçirilən tədbir “Gerçəkliklər və demokratik qüvvələrin hədəfləri” mövzusunda idi. MSDM sədri İsa Qəmbər bildirib ki, bu il keçiriləcək parlament seçkisi ölkənin və müxalifətin taleyinə ciddi təsir göstərə biləcək bir olaydır.

Onun sözlərinə görə, parlament seçkilərində içtirak vacibdir, imtina, “boykot” normal qərar deyil: “Ciddi siyasi qüvvələr, iddaçı qüvvələr parlament seçkilərində iştiraka hazırlaşmalıdır. Çünki seçkilərdə iştirak böyük və nəhəng bir prosesdir, imtina isə prosesin istənilən məqamında qəbul edilə biləcək bir qərardır”. O qeyd edib ki, seçkidə iştirakla bərabər, islahatlar məsələsi də qabardılmalıdır: “Qanunvercilikdə və Seçki Məcəlləsində köklü dəyişikliyə ehtiyac var”.

İ.Qəmbər qeyd edib ki, müxalifətin parlament seçkilərinə yanaşmasının vacibdir: “Biz mövqeyimizi daha aydın şəkildə ortaya qoymalıyıq ki, cəmiyyət müxalifətin bu seçkilərdə iştirak edəcəyini əvvəlcədən bilsin. Cəmiyyəti buna kökləməliyik”. O deyib ki, cəmiyyət siyasi qüvvələrin birləşib-parçalanmasından yorulub: “Ona görə də hədəfimiz seçki öncəsi blokların yaradılması deyil, səmərəli funksional əməkdaşlığın təmin edilməsi olmalıdır. Düşünürəm ki, parlament seçkiləri mövzusunu aktuallaşdırmaq, cəmiyyəti bu məsələyə cəlb etmək üçün addımlar ata bilərik”.

İ.Qəmbərin sözlərinə görə, bu mərhələdə beynəlxalq təşkilatlarla ciddi işə də ehtiyac var: “Düzdür, beynəlxalq təşkilatlara inam qalmayıb. Beynəlxalq təşkilatlardan öz missiyasına uyğun əməl etməyi tələb etməliyik. Bu ilki seçkilərdə fəaliyyətimiz Milli Məclisdə yer qazanmaq məsələsinə konsentrasiya olunmamalıdır. Biz parlamentdə demokratik düşərgənin ciddi fraksiyasının yaranmasını istəyirik. Bizim hədəfimiz eyni zamanda cəmiyyətin fəallaşması olmalıdır. Son seçkilər göstərir ki, seçkidə az sayda insan iştirak edir. Onları inandırmalıyıq ki, ölkədə vəziyyəti dəyişməyin yolu seçkidə iştirakdan gedir”.

VHP-nin sədr müavini Arif İsmayılbəyli isə bildirib ki, müxalifətin seçkilərdə iştirakı normal qərardır: “Düşünürəm ki, müxalifət seçkilərə gedəcək”. O, müxalifət düşərgəsindən seçkidə iştirak edəcək şəxslərin adlarını qısa müddətdə müəyyənləşdirib cəmiyyətə açıqlamağında vacib olduğunu bildirib.

“Aydınlar” Partiyasının rəhbəri Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, qarşıdan gələn seçki ilə bağlı perspektiv müxalifətə uğur vəd etmir: “Bu, bizə uğur vəd etmir. Amma imtina etmək də olmaz. Seçki siyasətin bir formasıdır. Seçkidən imtina edirsənsə, deməli siyasətdən də imtina etmiş olursan. Seçkidə heç bir şərtsiz iştirakı elan etməliyik. Əsas məsələ qanunvericiliyin dəyişdirilməsi deyil, hakimiyyətin siyasi iradəsi və seçkiqabağı mühitdir”.

Müsavatın Divan üzvü Almaz Əliqızı isə vətəndaşların seçkidə iştirakının zəifliyinə diqqət çəkib: “Buna səbəb müxalifətin zaman-zaman seçkilərdə məğlub olmasıdır. Biz indidən boykota çağırmalıyıq”.

REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli isə qeyd edib ki, qələbələri rəsmiləşdirmək üçün nə çatışmadığını müzakirə etmək lazımdır: “Seçkiyə vətəndaşı cəlb etməklə bərabər, sonrakı addımları da müzakirə etmək lazımdır. Yəni vətəndaş bilməlidir ki, səsləri necə qorunacaq”.

Müsavat başqanı Arif Hacılı da qeyd edib ki, seçkinin “boykot” edilməsini Müsavat Partiyası əlverişli yol hesab etmir. O, Müsavat Partiyasının parlament seçkilərinə xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, ölkədə olan siyasi şəraitlə bağlı bir neçə partiya ilə müzakirələr də aparılıb və proses davam edir: “Seçkidə əməkdaşlıqla bağlı Xalq Cəbhəsinin sədri Əli Kərimli ilə də görüşmüşəm və gələcəkdə əməkdaşlıq perspektivi ilə bağlı müzakirələr aparmışıq. Müsavat Partiyası bir sıra siyasi partiyalarla görüş keçirib. Qarabağ Bloku, AXP, KXCP sədri ilə də görüşlərimiz olub. REAL İdarə Heyətindən müəyyən görüşlər keçirmək üçün təşəbbüslər olar . NİDA-çılarla da görüşmək niyyətimiz var”.

O, seçki hazırlığı çərçivəsində kütləvi aksiyaların keçirilməsinin də vacibliyini vurğulayıb və Müsavatın mart ayından başlayaraq aksiyalar keçirəcəyini diqqətə çatdırıb: “Mart ayından etibarən kütləvi aksiyalara başlamaq niyyətindəyik. Cəmiyyətin diqqətini cəlb etmək üçün vacib amillərdən biri də aksiyalar keçirməkdir”. A.Hacılı qeyd edib ki, 2015-ci il müxalifət və cəmiyyət üçün bir fürsət ilidir: “Biz öz resurslarımızı birləşdirməliyik”.

O, Azərbaycanda seçki atmosferi yaratmağa nail olmağın vacibliyindən danışıb və MSDM-nin tədbirini yüksək qiymətləndirib: “Siyasi spektrin mühüm bir hissəsinin nümayəndələrinin bu tədbirdə iştirak etməsi seçkilərə marağın olmasının təzahürüdür. Biz 2015- ci ilin parlament seçkilərinə xüsusi önəm veririk. Seçkilərin boykot edilməsini səmərəli addım hesab etmirik. Biz status kvonun dəyişməsinə nail ola bilərik. Siyasi şərait dəyişmədən hakimiyyət könüllü olaraq islahatlara getməyəcək”.

MSDM üzvü Rüfət Qaragözlü isə seçkidə iştirakla bağlı tezislərini dəyirmi masa iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, keçirilən mitinqlərə, aksiyalara daha çox qüvvəni cəld etmək lazımdır və bu, cəmiyyəti canlandıra, seçkilərdə iştirakı stimullaşdıra bilər. Bu fikir isə Natiq Cəfərlinin etirazına səbəb olub. O bildirib ki, seçkidə müxalifətə səs verəcək vətəndaşların hamısı aksiyalarda iştirak etmir və bu, onun borcu da deyil.

Politoloq Zəfər Quliyevin isə seçki ilə bağlı fikirləri o qədər də nikbin olmayıb. O qeyd edib ki, seçki ilə bağlı ortaya yeni yanaşma qoymaq çox çətindir: “Hakimiyyətin seçki strategiyasında ciddi dəyişiklik gözləmirəm. Acı həqiqət odur ki, demokratik düşərgədə də yeni bir yanaşma, yeni texnologiyalar qoyulması da o qədər də inandırıcı görünmür. Belə vəziyyətdə söhbət ondan gedir ki, ənənəvi saxta seçkilərdə, qələbə vəd etməyən seçkilərdə demokratik qüvvələr nə etməlidir? Bunu müzakirə etmək lazımdır. Cəmiyyətə inamı qaytarmaq lazımdır”.

Digər çıxış edənlər də müxalifət düşərgəsinin parlament seçkilərində iştirakla bağlı mövqelərini və təkliflərini bildiriblər. Sonda İ.Qəmbər deyib ki, konkret addımlar cəmiyyətin fəallaşmasına yönəlməlidir: “Bu istiqamətdə müzakirə və tədbirlərimiz davam edəcək”.

Röya RƏFİYEVA
Fotolar müəllifindir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • Dəyirmi masada prezident seçkilərində iştirak dəstəklənib

    Dəyirmi masada prezident seçkilərində iştirak ...

    22-11-2017, 15:00

  • 
  • Boykot çağırışına kimlər qoşulacaq? - Müxalifət partiyalarından təpki

    Boykot çağırışına kimlər qoşulacaq? - Müxalifət ...

    17-09-2015, 16:02

  • 
  • DQMŞ parlament seçkilərini boykot etməyi qərara alıb

    DQMŞ parlament seçkilərini boykot etməyi qərara ...

    10-12-2019, 16:03

  • 
  • Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

    Müsavat Partiyası seçkilərdə iştirakdan imtina ...

    28-10-2015, 16:42

  • 
  • Milli Şura parlament seçkiləri ilə bağlı qərarını açıqlayıb

    Milli Şura parlament seçkiləri ilə bağlı qərarını ...

    10-09-2015, 18:00

Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Yeni dizaynımız necədir?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu