Qaradağ rayonu, Sahil qəsəbəsində öldürülən qardaşlar 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovların ailəsinin vəkili Ceyhun Yusifov danışıb. Vəkil mətbuatda Rəhimovların ölümü ilə bağlı düzgün olmayan məlumatların yer aldığını deyib: “Mətbuatda Zaur Tərlanovun Rəhimov qardaşlarını qısqanclıq zəminində baş vermiş mübahisədə öldürlməsi haqda yanlış məlumat yayılıb. Yayılan versiya həqiqətə uyğun deyil. Güya qardaşlardan hansısa Zaur Tərlanovun həyat yoldaşına sataşıb. Belə bir məsələ yoxdur. Həqiqət tamam başqadır. Qatil qardaşlardan biri ilə tanış olub. Onların öldürülməsi üçün heç bir əsas olmayıb. Təqsirləndirilən sadəcə öz üstünlüyünü göstəmək üçün qardaşları öldürüb. Hazırda iş Qaradağ Rayon Prokurorluğunun icraatındadır. Araşdırma aparılır. Bu gün Rəhimovlar ailəsinin 2 övladı qəsd səbəbindən yoxdur. Ailə faciəvi duruma salınıb. Belə məlumatlaın mətbuata ötürülməsi ailənin vəziyyətinə təsir edir. Bir daha qeyd edirəm ki, ortada namus söhbəti yoxdur. Bu hadisə şəxsi münasibətlər zəmnində baş verib”. Yada salaq ki, yanvarın 8-də, Sahil qəsəbəsində “Standartbank”ın işçisi, 1984-cü il təvəllüdlü Zaur Ənvər oğlu Tərlanov odlu silahla Cahid və Cavid Rəhimov qardaşlarına atəş açıb. Hər 2 qardaş hadisə yerində keçinib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?