GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İki övladı öldürülən ana fəryad qopardı

İki övladı öldürülən ana fəryad qopardı

Tarix: 27-07-2015, 12:40 Bölmə :Manşet Baxış: 0
İki övladı öldürülən ana fəryad qopardı

İki övladı öldürülən ana fəryad qopardı

Müstəntiq Sahil qəsəbəsində iki qardaşı öldürən bank işçisini cinayətdən yayındırmağa çalışır

Bu ilin yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla və tamah niyyəti ilə odlu silahla qətlə yetirilən Cavid və Cahid Rəhimov qardaşlarının qətli ilə bağlı istintaq hərəkətləri düzgün aparılmır. Zərərçəkmişlərin hüquqi varisinin nümayəndəsi, tanınmış vəkil Ceyhun Yusifov bildirib ki, bu il yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla və tamah niyyəti ilə odlu silahla qətlə yetirilən Cavid və Cahid Rəhimovlar “Standartbank”ın işçisi, 1984-cü il təvəllüdlü Zaur Tərlanov “Vinçester” markalı odlu silahla bir neçə dəfə atəş açıb, qardaşlar maşında dünyalarını dəyişib.

Vəkilin sözlərinə görə, cinayət işi üzrə istintaq hərəkətləri aparılmır. O bildirib ki, istintaq Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Yusif Novruzov tərəfindən gecikdirilir: “Buna səbəb isə cinayət işi üzrə təqsirləndirilən Zaur Tərlanovun polisə xəsarət yetirməsi ilə bağlı barəsində başlanan Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə verilməsi nəzərdə tutulan cəzadan yayındırmaq məqsədi daşıyır. İlk gündən cinayət işində təqsirləndirilən şəxs məlum olsa da, istintaq 8 aydır yubadılır və iş qəsdən məhkəməyə göndərilmir. Bu da iki oğlu öldürülən Niyar Rəhimovaya istirab verir”.

Ceyhun Yusifov deyib ki, qətli törədən şəxs cəmiyyətdə öz üstünlüyünü nümayiş etdirmək üçün belə bir ağır cinayəti törədib. Cinayətdən az müddət əvvəl də Zaur Tərlanov öz üstünlüyünü nümayiş etdirərək Sahil qəsəbəsində polis əməkdaşına müqavimət göstərib, ona qarşı da cinayət törədib: “Barəsində cinayət işi başlansa da sonda hansısa qaranlıq səbəbdən məsuliyyətdən kənar qalıb. Nəticədə Zaur Tərlanov cəzasızlıqdan ruhlanaraq öz çirkin fəaliyyətini davam etdirib və məlum faciəni törədib. Əgər hüquq-mühafizə orqanları polis əməkdaşı Eldar Tahirova qarşı törədilmiş cinayətin adekvat cəzasını vermiş olsaydılar, məlum hadisə baş verməzdi. Bu da cəzasızlığın faciəvi sonluğudur. Bu qətl xüsusi amansızlıqla törədilib. Bir qardaşın gözü qarşısında digər qardaş qətlə yetirilib. Qatil əvvəlcə Cavidi vurub. Cahid güllələrdən yayınmaq, qaçmaq istədikdə ona da atəş açıb. Əgər Zaurun Cavidlə hər hansı bir problemi var idisə, Cahidi niyə öldürürdü? Bu adam bütöv bir ailəni məhv edib, gözüyaşlı qoyub. Bu cür amansızlıq edən qatil layiqli cəzasını almalıdır”.

Mərhum Rəhimovların anası Nigar Rəhimova işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün müvafiq qurumlara, eləcə də baş prokuror Zakir Qaralova

müraciət edib. Zərərçəkmişlərin hüquqi varisləri Nigar Rəhimova və Abdulla Rəhimov müraciətlərində qeyd ediblər ki, övladları 8 yanvar 2015-ci il tarixdə, saat 16:45 radələrində yolda hərəkət olarkən 1984-cü il təvəllüdlü Zaur Tərlanov tərəfindən avtomobillərinin qarşısı kəsilərək hər ikisi xüsusi amansızlıqla qətlə yetirilib: “Bir müddət sonra isə Cavid Rəhimovun və Cahid Rəhimovu xüsusi amansızlıqla qətlə yetirərək həyatlarından məhrum edib. Ən böyük faciə isə odur ki, körpə övladlar yetim qoymuş təqsirləndirilən şəxsin əməlinə hələ də düzgün hüquqi qiymət verilməyib, onun etdiyi əmələ uyğun olan adekvat cəzadan yayındırılmasına şərait yaradılıb. Yəni istintaq orqanı tərəfindən süni şəkildə cinayətin motivi dəyişdirilib, təqsirləndirilən şəxsin əməlinə “namus” donu geyindirilməklə yüngül cəza alınması üçün çalışılır. Bu səbəblə də istintaq orqanı işə qərəzli baxır, həm təqsirləndirilən şəxsi, həm də cinayətin törədilməsində adı çəkilən xanımı səciyyələndirən hallar qərəzli olaraq araşdırılmır. Bu hal isə bizim cəmiyyətdə cinayətkarın cinayətkar kimi deyil məhz “qəhrəman” kimi qələmə verilməsinə və bununla da cinayətkarların layiq olduqları cəzadan kənarda qalmasına gətirib çıxarır. Beləliklə də cəmiyyətdə cinayətkarların cəzasız qalacaqları fikri formalaşır və cəzanın qisas formasına keçməsinə gətirib çıxarır. Odur ki, cinayət işinin obyektiv araşdırılmasının, təqsirləndirilən şəxs Tərlanov Zaur Ənvər oğlunun layiqli cəza almasının təmin edilməsini və məsələnin araşdırılmasına əsaslı şəkildə təsir göstərə biləcək bəzi xüsusatları nəzərinizə çatdırmaq üçün bizi qəbul etməyinizi Sizdən xahiş edirəm”.

Nigar Rəhimova daha sonra qeyd edib: “Övladlarımın hər ikisini vətənə layiq şəkildə böyütmüşdüm. İkisi də sakit təbiətli, inanclı idi. Cahidin iki azyaşlı uşağı, Cavidinsə 6 aylıq körpəsi yetim qalıb. Qatil öz cinayət əməlinə don geyindirmək üçün qətli namus üstə törətdiyini deyirdi. Halbuki hadisənin əsl mahiyyəti başqadır. Yaxından tanıdığım Xanım adlı qadın mənə zəng vurub Zaur Tərlanovun onu məcburi olaraq saxladığını, ona işgəncə verdiyini deyərək köməklik etməyimi israrla xahiş etdi. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət gördüm. Xanım isə eyni yalvarışla oğlum Caviddən də bu iztirablardan xilas olmaq üçün kömək istəmişdi. Zaur Xanımın telefonunda bizim nömrələri gördükdən sonra oğlumun ona kömək edəcəyi qənaətinə gələrək bir qrup şəxslə onu vəhşicəsinə döymüşdü. Çox təəssüf ki, oğlum bu barədə hüquq-mühafizə orqanlarına xəbər vermədi. İnanclı olduğuna görə Zaurun bu hərəkətə görə nə vaxtsa peşman olacağını düşünürdü. Amma Zaur daha da vəhşiləşərək oğlumu güdməyə başlayıb, onu öldürmək qərarına gəlib. Nəticədə hər iki oğlumu bir anda həyatdan məhrum edib, onların balalarını yetim qoyub. Bizə ən ağır acı olan övlad acısı yaşadıb. Bir valideyn kimi özümə heç

cür təsəlli tapa bilmirəm. İşin istintaqında qeyd olunmuş hallar nəzərə alınmır və qərəzli şəkildə Zaur Tərlanovun vəziyyətini yüngülləşdirmək məqsədilə cinayət işi onun xeyrinə olacaq şəkildə aparılır. Onu da qeyd edim ki, qatil Zaur Tərlanov İlahə adlı şəxslə 10 ilə yaxındır ki, ailə qurub və birgə nikahdan 3 uşağı vardır. Onunda ailəsi və üç uşağı ola - ola Xanım adlı şəxsə işgəncə verməklə öz çirkin niyyətlərinin alətinə çevirmişdi. Zaurun valideynləri yas içində olmağıma baxmayaraq mənə əzab vermək üçün barəmizdə şər-böhtan xarakterli məlumatlar yayır, öz dərdimizi çəkməyə imkan vermirlər”.

Xatırladaq ki, “Lexus” markalı avtomobilin içində olan Cavid və Cahid Rəhimov qardaşlarını “Standartbank”ın işçisi, 1984-cü il təvəllüdlü Zaur Tərlanov “Vinçester” markalı odlu silahla bir neçə dəfə atəş açaraq qətlə yetirib.

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bank işçisinin öldürdüyü qardaşların ailəsinin vəkili danışdı

    Bank işçisinin öldürdüyü qardaşların ailəsinin ...

    16-01-2015, 00:05

  • 
  • İki polis əməkdaşı odlu silahla öldürüldü - Son dəqiqə

    İki polis əməkdaşı odlu silahla öldürüldü - Son ...

    22-07-2015, 13:21

  • 
  • Gəncədə ər arvadını odlu silahla qətlə yetirib

    Gəncədə ər arvadını odlu silahla qətlə yetirib ...

    31-03-2015, 20:06

  • 
  • Bakıda amansızlıqla öldürülən 32 yaşlı Elvinin YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

    Bakıda amansızlıqla öldürülən 32 yaşlı Elvinin ...

    28-10-2019, 15:16

  • 
  • İki oğlu qadın üstə güllələnən anadan üsyan: “Zaur Tərlanova ömürlük həbs verilsin” – Video

    İki oğlu qadın üstə güllələnən anadan üsyan: ...

    12-01-2019, 18:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu