Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sərkisyana Türkiyəni ziyarət eləmək üçün rəsmi dəvət yollayıb. Musavat.com xəbər verir ki, dəvət Çanakkala zəfərinin 100 illiyi törənlərinə qatılmaqla bağlı göndərilib. Bu barədə “Hurriyet” qəzeti yazıb. Məlumatda nəşr bu dəvəti qondarma erməni “soyqırımı”nın 100 illiyi ərəfəsində Türkiyə liderinin misli görünməmiş diplomatik addımı kimi qiymətləndirilir. Mənbənin bildirdiyinə görə, Türkiyə Çanakkala döyüşünün 100 illiyi ilə bağlı aprelin 23-24-də təntənəli kütləvi tədbirlər keçirməyi planlaşdırır. Bu məqsədlə Ərdoğan 102 ölkənin dövlət başçısına, o cümlədən ABŞ prezidenti Barak Obama və Serj Sərksiyana rəsmi dəvət ünvanlayıb. Hökumət isə aprelin 23-də Türkiyə parlamentinin təşəkkülünün 95-ci il dönümü ilə bağlı “Dünya sammiti” keçirməyi nəzərdə tutur. “Çanakkala döyüşlərində başqa etnik qruplar kimi, Türkiyə ordusu tərkibində ermənilər də döyüşüb. Bu səbəbdən biz Sərkisyana da dəvət göndərdik”, – deyə adının çəkilməsini istəməyən türk məmurlarından biri söyləyib.
Sorğu
Yeni dizaynımız necədir?