Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərində iştirak etmək dəvətini rədd edib.
Sarkisyan məktubunda Çanaqqala döyüşündə iştirak edən ermənilərin xidmətini göstərməklə yanaşı, 1915-ci ildə ermənilərin "soyqırım"a məruz qaldığını və bunun Osmanlı tərəfindən planlaşdırıldığını göstərib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?