Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək hərbi parada qatılmaq barədə dəvətini qəbul etməyib.
APA-nın verdiyi xəbərə görə, Ankara V. Putinin adından 1,5 ay əvvəl göndərilən dəvətə mənfi cavabını Kremlə bildirib.
Qırmızı meydanda təşkil olunacaq hərbi paradda Türkiyəni Moskvadakı səfir Ümit Yardım təmsil edəcək.
Ankaranın Putinin dəvətinə mənfi cavab verməsi Rusiya prezidentinin 1915-ci il hadisələri barədə ermənilərə müraciəti və İrəvandakı anma mərasimində iştirakı ilə izah olunur.
Sorğu
Yeni dizaynımız necədir?