Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində çalışan 5-ci tağımın əməkdaşının “VAZ 2107” markalı şəxsi avtomobili oğurlanıb.
gundemxeber.az "AzNews" saytına istinadən məlumat verir ki, oğurluq hadisəsi gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb.
Belə ki, yol polisi əməkdaşı xidməti maşınını təhvil verdikdən sonra öz maşınının mühərrikini işə salıb və ratsiyanı təhvil vermək üçün binaya daxil olub. Geri qayıtdıqda isə o, avtomobilini yerində tapmayıb.
Aparılan araşdırmalar nəticəsində oğurlanan avtomobil Biləcəridə gölün içərisində aşkar edilib.
Maşının seriyası məlum olmasa da nömrəsinin “154” olduğu bildirilir.
Hazırda maşın oğrusunun axtarışı davam etdirilir.
Hadisənin təfərrüatını öyrənmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədova zəng etdik. O, bu olayla bağlı xəbəri olmadığını açıqladı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?