Şahidin sözlərinə görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Belə ki, Caz mərkəzin qarşısında, Rəşid Behbudov küçəsində işıqforun yaşıl işığında gözləyərkərn qarşıdan kapotunda polis olan maşın gəldiyini görüb.
Avtomobil bir neçə metr polisi sürüklədikdən sonra o yerə düşüb.
Sürücü isə ona yardım etmək əvəzinə sürətlə uzaqlaşıb.
Bu zaman polis maşını da onu izləməyə başlayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov AnsPress-ə deyib ki, hadisəni törədən sürücü saxlanıb:
«Ötən gün baş verən hadisə 90 VT023 dövlət nömrə nişanlı «Lada Priora» markalı maşınla törədilib. Hadisə zamanı maşında 5 nəfər olub. Onlardan 3-ü qız, ikisi isə oğlan olub. Xəsarət alan polis əməkdaşı hospitala yerləşdirilib. Artıq hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma başlanılır».
Baş verənləri başqa avtomobildəki videoreqistrator qeydə alıb:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?