GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vəkil azadlıq verən hökmdən danışdı

Vəkil azadlıq verən hökmdən danışdı

Tarix: 17-01-2015, 11:30 Bölmə :Ölkə Baxış: 0
Vəkil azadlıq verən hökmdən danışdı

Adəm Məmmədov: “Belə qərarlar vəkillərlə bərabər ədalət mühakiməsinin zəfəridir”
Azərbaycanın məhkəmə tarixində bəraət hökmlərinə çox nadir hallarda rast gəlinir. Yanvarın 15-də Apelyasiya Məhkəməsi növbəti belə qərar çıxarıb. Vəkil Adəm Məmmədov facebook səhifəsində bu haqda məlumat verib. O yazır: “Axır ki, mübarizəmiz hədər getmədi. Bakı Apellyasiya Məhkəməsi cinayət işi üzrə qərarını elan etdi. Qərara görə, Sahib Ağayevin barəsində bəraət hökmü çıxarılmasına və onun məhkəmə zalından azadlığa buraxılmasına nail olduq. Bildirim ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan S. Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi”.

Bir qədər əvvəl isə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elbəyi Allahverdiyev məhkəmə qarşısına çıxarılan və narkotik satan şəxs kimi ittiham olunan Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazova bəraət verib. B.Niyazovun vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a demişdi ki, müvəkkilinin həbsindən sonra ibtidai istintaqa onun günahsızlığını sübut edən faktlar təqdim edib və barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Lakin o dövrdə buna əhəmiyyət verilməmişdi. Sonradan isə məhkəmə B.Niyazov barəsində bəraət hökmü çıxarmışdı.

Ümumiyyətlə son dövlər Azərbaycan məhkəmələrində bəraətverici əsaslarla hökm və qərarların çıxaırlması halları müşahidə olunmağa başlayıb.

Vəkil azadlıq verən hökmdən danışdı

Vəkil A.Məmmədov hazırki vəziyyəti “Yeni Müsavat”a şərh edərkən deyib ki, bəraət hökm və qərarları gələcəkdə prosessual rəhbərliyi həyata keçirən prokurorları maksimal dərəcədə ehtiyatlı olmağa sövq edəcək, ədalət mühakiməsinin səmərililiyi artacaq: “Belə qərarlar vəkillərlə bərabər ədalət mühakiməsinin zəfəridir. Azərbaycan Məhkəmələrində bəraətverici əsaslarla hökmlərin çıxarılması Ali Məhkəmə Plenumunun 31 yanvar 2002-ci ildə verdiyi qərardan sonraya təsadüf edir. Plenumun həmin qərarında göstərilir ki, dələduzluqla bağlı məsələlərdə əgər şəxsin niyyəti əmlakın mənimsənilməsi deyilsə və söhbət borcdan gedirsə, təqsirləndirilən şəxs ifadəsində zərərçəkəndən borc aldığını söyləyirsə, zərərçəkən də bunu təsdiqləyirsə deməli bu mülki məsələdir. Borc müqaviləsi şifahi də bağlana bilər. Əlbəttə ki, iş üzrə ibtidai istintaqda mülki münasibətlərə belə bir hüquqi qiymət verilməsi pozuntu idi. Hüquqlarını müdafiə etdiyim şəxs həmin pulu kredit götürüb və cinayət işi başlanana qədər həmin pulu banka ödəmişdi. Yəni zərərdən söhbət gedə bilməzdi”.

Vəkil istintaqçıların qanunvericiliyi mükəmməl bilməli olduqlarını xüsusi olaraq vurğuladı: “Müstəntiq, prokuror sadəcə vəzifə deyil, peşədir. İmkanlı validenylər düşünürlər ki, övladları istintaqçı olmalıdır və buna nail olurlar. Əslində isə istintaqçı peşəkar olmalı, daim öz üzərində işləməli, biliklərini təkmilləşdirməlidir. Ali, Konstitusiaya məhkəmələrinin qərarlarını oxumalı, tövsif məsələlərini düzgün icra olunmmasına xüsusi diqqət yetirməlidirlər”.

Vəkil istintaqçıların qərarlarının insanların taleyini dəyişdiyini diqqətə çatdırdı: “Günahsız insanın uzun müddətli həbsinə səbəb olacaq əsassız qərarların verilməsindən istintaqçı çəkinməlidir. Həbs insan taleyinin dəyişməsinə, bir çox hallarda ailələrin dağılmasına və digər xoşagəlməzliklərə yola açır.

“İttiham aktını müstəntiq tərtib edir, prokuror təsdiqləyir. Cinayət işi prokurorların razılığı ilə başlanır, prokurorların razılığı ilə şəxsin həbsinə təqdimat yazılır. Müstəntiq cavan olub səhvə yol verə bilər. Bəs prokurorların səhvi bağışlanılandırmı” sualına vəkilin cavabı belə oldu: “Bu işdən əvvəl quldurluqda ittiham edilən 5 şəxsə bəraət ala bimişəm. Həmin quldurluq işini araşdıran müstəntiqə də, nəzarət edən prokurora da demişdim ki, həbs olunan şəxslərin bu işdən xəbəri yoxdur. Nəzərlərinə çatdırmışdım ki, insan taleyi ilə oynamaq olmaz. İnsanları 10, 12, 15 il həbsinə səbəb olan səhv qərar verməyin. Cəza tətbiq edən hakimlər hər bir halda humanistliyi üstün tutmalıdırlar. İbtidai istintaqda insanların həbs olunmasına tələsik qərar verilməməlidir”.

Vəkil deyib ki, Cinayət Prosessual Məcəllədə belə ittiham aktını tərtib etmiş və təsdiqləmiş hüquq mühafizə orqanları əməkdaşları üçün məsuliyyət nəzərdə tutulub. Lakin konkret halda məhkəmə iş üzrə ibtidai istintaqı aparan müstəntiq, iş üzrə ittiham aktını təsdiqləyən prokuror haqda xüsusu qərardad çıxarmayıb: “Xüsusi qərardadın çıxarılması hakimin səlahiyyətindədir. Yəni hakim istəsə, belə bir xüsusi qərardadın çıxarılmasını təmin edə bilər. Konkret halda belə bir qərardad çıxarılmadı. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaya-olmaya barəsində ittihamedici hökm çıxarılmışdı”.

Vəkil deyib ki, bəraət hökmləri, qərarları nəticə etibarı ilə istintaqçıların daha diqqətli olmasına, belə səhvlərə, yanlışlıqlara yol verməməsinə gətirib çıxaracaq: “Belə hökm və qərarlar ümumilikdə məhkəmə hüquq sisteminin inkişafını, günahsız insanların həbsinin qarşısını alacaq. Verilmiş qərar mahiyyət etibarı ilə eynilik təşkil edən işləri araşdıran hər bir istintaqçının məsuliyyətinin dərki üçün də lazımlı qərardır. Məhkəmə hakimiyyətinin təminatçısı prezidentdir və belə qərarlar Azərbaycan hüquq sisteminin daha da güclənməsinə xidmət edir”.

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəmsiyyə Bəylərqızının həbs cəzası azaldıldı

    Şəmsiyyə Bəylərqızının həbs cəzası azaldıldı ...

    12-11-2014, 20:13

  • 
  • 168 min manatlıq dələduzluq edən müəllimin CƏZASI AĞIRLAŞDIRILDI

    168 min manatlıq dələduzluq edən müəllimin CƏZASI ...

    9-08-2022, 14:15

  • 
  • Vəzifə saxtakarlığında ittiham olunan şirkət direktoru bəraət aldı

    Vəzifə saxtakarlığında ittiham olunan şirkət ...

    12-09-2019, 12:28

  • 
  • Telekanal rəhbərinin şikayəti təmin edilmədi

    Telekanal rəhbərinin şikayəti təmin edilmədi ...

    20-02-2018, 16:23

  • 
  • Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu

    Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu ...

    20-02-2015, 13:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu