Türkiyədə polis idarəsinin xarici vətəndaşlar şöbəsində baş verən hüquqi qalmaqallara yenisi əlavə olunub.
Musavat.com-un məlumatına görə, Hatay rayon polis idarəsinin xarici vətəndaşlar şöbəsi tərəfindən nəzarətə alınan iki ailə olduqca müəmmalı bir yolla deportasiya edilib. Dörd nəfər yanlarında uşaqlarla Suriyaya göndərilib. Onlardan Rusiya vətəndaşı Kamoldinov Uluqbek və özbək əsilli Əbdülrəhmanova Məhəbbət evli olublar. Digər iki nəfər isə vətəndaş nikahında yaşayan cütlük olub.
Sərhədi qeyri-qanuni yolla keçmə iddiası ilə Hatay rayonunda tutulan bu şəxslər bir müddət əcnəbilər şöbəsində nəzarət altında saxlanılıb. Bu müddət ərzində ailələrin hüquqi dəstək almalarına maneə yaradılıb və onlar Qaziantep rayonunun polis idarəsinin nəzdnindəki xaricilər şöbəsinə köçürülüb. Ailələr daha sonra bu işlə məşğul olan vəkillərə məlumat verilmədən İŞİD-in nəzarətində olan bölgəyə göndərilib.
Əvvəllər də bənzər hadisələr baş verib. Qaçaq yolla Türkiyəyə keçənlər tutularaq İŞİD-in nəzarətindəki bölgələrə təhvil verilib. İŞİD isə onlara qoşulanları saxlayaraq digərlərini edam edib. Hazırda Hatay və Qaziantepdəki xaricilər şöbəsində İŞİD-ə geri göndərilən 2 ailənin aqibəti haqqında heç bir məlumat yoxdur.
Bu şəxslərin hansı əsasla heç bir qanuni hakimiyyəti olmayan bölgəyə göndərildiyi isə məlum deyil. Üstəlik, Suriya vətəndaşı olmayan insanların hansı qanun əsasında Suriyaya göndərildiyi də naməlumdur.
Beynəlxalq Miqrant Hüquqları Komitəsinin vəkili İbrahim Ergin deyib: “Miqrant statuslu insanlar haqqında deportasiya qərarı verilsə belə şəxsin pasportundakı ölkəsi və vizasız gedə biləcəyi ölkələrdən başqa ölkəyə göndərilə bilməz. Deportasiya qərarı olarsa həmin şəxs ya öz ölkəsinə, ya da özünün seçdiyi 3-cü ölkəyə göndərilə bilər. Lakin miqrantın göndəriləcəyi ölkədə zülm görəcəyi təhlükəsi varsa, deportasiyaya qadağa qoyula bilər.
Suriyaya deportasiya edilən ailələrin vəziyyəti isə dəhşətlidir. İndiki vəziyyətdə Suriya vətəndaşının belə Suriyaya deportasiya edilməsi qanuna ziddir. İki ailənin Suriyaya verilməsində hər hansı bir hüququ əsas yoxdur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?