Türkiyənin Bursa şəhərində aparılan əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 2 Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə güc strukturlarındakı mənbələrə istinadən "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, bazar günü Bursa və Ərzrumda sözügedən terror təşkilatı ilə əlaqəli bilinən ümumilikdə 61 nəfər saxlanılıb. Ərzrumun mərkəzi hissəsində aparılan əməliyyat zamanı hüquq-mühafizə orqanları 22 şübhəli şəxsi saxlayıb. Reyd zamanı onların üzərindən silah-sursat, sənədlər və informasiya daşıyıcıları götürülüb. Bursada polisin əməliyyatı nəticəsində İŞİD-lə əlaqələri olduğu ehtimal edilən 39 nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan vətəndaşı, 28-i isə suriyalıdır. Suriyalılar arasında 8 nəfər yeniyetmə var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?