Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gümrüdə baş verən faciəni siyasiləşdirməmək barədə çağırışı erməniləri özündən çıxarıb. ANS PRESS-in məlumatına görə, bu haqda politoloq Qaqik Ambaryan açıqlama verib. Ambaryananın sözlərinə görə, ermənilərin tələbi son dərəcə aydındır. Yeddi insandan ibarət erməni ailəsinin qətlində ittiham edilən Rusiya hərbi qulluqçusu Ermənistan məhkəməsi qarşısında durmalıdır. Politoloqun sözlərinə görə, məhz Rusiya tərəfinə məsələni siyasiləşdirmək sərfəlidir, çünki belə olsa Rusiya hərbi bazasında mövcud olanları gizlədə biləcək. Beynəlxalq məsələlər və təhlükəsizlik institutunun rəhbəri Stepan Safaryan isə hesab edir ki, Rusiya erməni cəmiyyətini belə vəziyyətə qoyub ki, Ermənistan hakimiyyəti nəyisə tələb edə bilmir. Safaryananın fikrincə, indi məsələni Rusiya özü həll edəcək. Ermənistan heç bir söz sahibi deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?