GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Frans(u)a sindromu

Frans(u)a sindromu

Tarix: 24-01-2015, 10:02 Bölmə :Ölkə Baxış: 0
Frans(u)a sindromu

(Birinci yazı)
Əslində, 2014-cü ilin hərbi obrazını yaratmaq istəyim bu günədək rast gəlmədiyimiz bir sıra qabarıq fərqliliklərdən qaynaqlanır. Fərqlilik isə bütün hallarda özündə mövqe dəyişikliyini ehtiva edir.
İnformasiya məkanı üçün səciyyəvi sayılan dinamiklik tez-tez qırmızı xətti keçən koordinatları müəyyənləşdirməkdə konkret problemlər yaradır.
Ancaq media qarşısında yüz səksən dərəcə açılan iti və kor bucaqlar bətnində gizlətdiyi bütün qeyri-müəyyənlikləri müəyyən hala gətirməklə bir sıra gizlinlərin-məchulların da astarını üzünə çevirir: informasiyanın alınması, emalı və yönləndirilməsi hər kəsin qulpundan yapışa biləcəyi bir iş deyil...
***
Beləliklə, həqiqi informasiya və informasiya daşıyıcılarını üzərində partladıcı gəzdirən kamikadze obrazında şifrələmək günümüzün qaçılmaz zərurətinə çevrilməkdədir: onu vaxtında fiksə etmək, zərərsizləşdirmək və xilaskara çevirmək bütün aktiv fazalarda həyati xarakter daşıyır.
Zərurətdə əxlaq kodeksinin, obyektivliyin özünəməxsus yeri və əhəmiyyəti də danılmazdır. Görülən iş insanlıq və humanizm prinsipləri ilə cilalanmayanda effektini itirir və əks təsir göstərir.
O üzdən bəzi KİV məkanlarının şou meydanına çevrilməsinə - enerjinin it(iril)məsinə sevinmədiyim kimi, “qonşumuzun” 20 Yanvar şəhid(lər)ini türklər tərəfindən öldürülmüş erməni(lər) obrazında, özü də beynəlxalq arenada tirajlamasına da təəccüblənmədim. Çünki normal təfəkkürlü insanın “liluputlar ölkəsində” yaşamaq və dünyasını dəyişənlərin haqqına girmək istəyi sağlam məntiqə və əxlaqa söykənmir. Əxlaqsızlıq isə bütün hallarda ikrah doğurur...
***
Əxlaq demişkən, son günlərin siyasi şou mərkəzinə çevrilmiş (yəqin buna görə də ən çox izlənən) Fransasını da əsl həqiqət və reallıqla, əsl cinayət və cəza ilə üz-üzə gəlmək baxımından ideal məkan saymıram. Milyardlarla insanın and yerini, istinad nöqtəsini bütün dünyanın gözü qarşısında vəhşicəsinə təpikləmək və buna söz, vicdan azadlığı adı altında haqq qazandırmaq Avropanın göbəyində oynanan əsl tragikomediyadır, faciə deyil.
Əsl faciə insan qanında boğulan iyirmidən çox müsəlman dövlətində, o cümlədən mənim ölkəmdə yaşanır. Torpaqlarımızın 20 faizdən çoxunun işğalı və bu işğal zamanı on minlərlə dinc insanın erməni silahlıları tərəfindən ən iyrənc şəkildə təcavüzə məruz qalması, həm də müasir Avropa Frans(u)asının “möhtəşəm diplomatik uğurudur”.
Çünki həmişə olduğu kimi, o dövrlərdə də Frans(u)anı haqqı tapdanan xalqla deyil, işğalçı Ermənistan dövləti ilə çiyin-çiyinə, özü də “xaç atası” simasında gördük. Yad torpaqlarına təcavüz etmiş bir ölkəyə - Ermənistana siyasi və mənəvi dəstək verən Frans(u)a, bununla da, cinayət və cinayətkarla ortaq mövqe sərgiləmiş oldu.
Nəticədə, bütün ictimai, siyasi təşkilatların rollar şəbəkəsindən ibarət olduğunu nəzərə almağımız, bizim üçün strateji əhəmiyyət daşıyan ROL GÖZLƏMƏLƏRİni növbəti dəfə tarixin ironiyasına çevirdi; qarşılıqlı təsir və münasibətlər sisteminin tənzimlənməməsi, rollararası konfliktləri daha da dərinləşdirdi.
Unutmayaq, ROL KONSEPSİYASI (şəxsiyyətin özünə və siyasi qrupdakı yerinə münasibəti – İ.R.) intellektual səviyyə, emosional mədəniyyət, iradi keyfiyyət və nəhayət, anatomik xüsusiyyətlərlə cilalanır.
O üzdən oynanılan tragikomediyada məmur mundiri geyinmiş siyasilərin baş qəhrəman obrazında “zühuru” ilə müasir Avropa Frans(u)ası sosial PERSEPSİYAnı (insanların bir-birini səmimi qavramasını – İ.R.) o qədər kosmik sürətlə arxada qoydu ki:
a) onu APPERSEPSİYA məkanından qoparıb, qismən də olsa, yenidən əvvəlki mövqeyinə qaytarmaq müşkülə çevrildi;
b) səhnədə İsrail rəsmilərinin başqalarından tamamilə fərqli görkəmdə (cangüdənlərinin əhatəsində) görünməsi isə müsəlmanlara və müsəlman dünyasına qarşı mənəvi terror, mənəvi təzyiq anlamına gəldi.
Bu, artıq mövqe savaşı deyil! Öldürülmüş insan(lar)ın PEYĞƏMBƏR(LƏR)inə və ALLAH(IN)a qarşı cihaddır...
***
Radikallıq təbiətimə yaddır. Həyata və dünyaya münasibətim milyonlarla müsəlmanın mövqeyini bölüşür: söz və vicdan azadlığımı bəşəri əxlaqa, bəşəri dəyərlərə xidmətdə tapıram. İnamım inanclılara, dinim dindarlara rəğbət tələb edir.
Həyat fəlsəfəmdə nə terrora yer var, nə də terrorçulara.
Dinimə çamur atanları, dininə bəslədiyim hörmətlə cəzalandırıram. Ancaq Tanrı elçisinin şərəf və ləyaqətini qoruyanları – PEYĞƏMBƏR ŞƏHİDLƏRİni də qınamağa söz tapmıram. Çünki onları bu addımı atmağa təhrik edənlər, əsl cinayətkarlar dünyaya söz və vicdan azadlığının keşikçiləri – qəhrəman kimi təqdim olunurlar.
Mən belə əxlaq tanımıram...
***
Özünüifadənin ali məqamında Avropa, düşüncələrimin nizamını pozan növbəti bir hadisənin şokunu yaşadır:
“Charlie Hebdo” hadisəsi ilə silkələnən Fransa növbəti gün 4 nəfərin ölümün ilə nəticələnən digər basqına səhnə oldu. Bu basqın sadə bir müsəlman gəncinin timsalında İslamı və müsəlmanları bütün dünyaya tanıtdı.
Bu vaxt Frans(u)a hələ də dini dəyərlərimizi təpikləməkdə - Peyğəmbərimizi aşağılayanlara dəstək verməkdə idi.
Müsəlman gənc bir yəhudi(!) marketinə təşkil edilən silahlı hücum zamanı 15 nəfərin həyatına, bu dəfə qatil simasında deyil, əsl valideyn obrazında öz möhtəşəm imzası ilə möhür vurdu.
Ancaq yenə də ROL GÖZLƏMƏLƏRİmizə qapı açılmadı. On iki nəfərin ölümünə görə sərgilənən sərt reaksiya 15 nəfərin xilasına göstərilən münasibətlə müqayisədə son dərəcə cılız, ikibaşlı və qeyri-səmimi təsir bağışladı.
Çünki Peyğəmbərimizi təhqir edənlərdən ötrü qiyama qalxan Frans(u)a, əslində müsəlman gəncə təşəkkür etməməli idi, əksinə, Peyğəmbəri aşağılayanlara görə ondan - müsəlmanlardan üzr istəməli idi...
Mən hələ təkəbbürlü İsrail rəsmilərini demirəm. Söruşmuram ki, Fələstində öldürdüyünüz minlərlə körpənin qanını niyə əllərinizdən yumadan səhnəyə çıxmışdınız! Qüdsdə dinc insanlara qarşı tətbiq etdiyiniz “güc”, axıtdığınız qan bəs deyilmi? İndi də Parisdə öz zorunuzu “cangüdən”lərinizin simasında obrazlaşdırırsınız!..

***

Suallarımın bir qismini sonraya saxlayıb yenidən Frans(u)aya qayıdıram.
O Frans(u)aya ki, dünya nizamına görə daşıdığı məsuliyyətə, hələ də, yiyə durmaq istəmir;
O Frans(u)aya ki, ən azı Minsk Qrupunun həmsədri kimi sərgilədiyi münasibətin fərqində deyil;
O Frans(u)aya ki, dinimizi aşağılayanlara, bu xüsusda canfəşanlığı ilə seçilən işğalçı Ermənistana mənəvi və siyasi dəstəyini əsirgəmir; Və bununla, həm də Azərbaycanı hər ötən ayı, hər ötən ili büsbütün hərbi libasda keçirməyə vadar edir...

İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenant
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu Gün Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

    Bu Gün Beynəlxalq İnformasiya Təhlükəsizliyi ...

    30-11-2014, 11:31

  • 
  • PA-nın sektor müdiri: “Media dövlətin təhlükəsizliyini diqqətdə saxlamalıdır”

    PA-nın sektor müdiri: “Media dövlətin ...

    4-02-2014, 12:44

  • 
  • Qulu Məhərrəmli: Azad media cəmiyyət üçün oksigen deməkdir

    Qulu Məhərrəmli: Azad media cəmiyyət üçün oksigen ...

    18-04-2020, 12:57

  • 
  • MN: "Ermənilər havaya təyyarə qaldırsa, vuracağıq"

    MN: "Ermənilər havaya təyyarə qaldırsa, ...

    7-08-2014, 01:37

  • 
  • Mehman Əliyev: “Susdurmaq-təzyiqlərin səbəbi budur”

    Mehman Əliyev: “Susdurmaq-təzyiqlərin səbəbi ...

    27-12-2018, 10:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu