GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şarl Aznavurun Ermənistanı qarışdıran müsahibəsi

Şarl Aznavurun Ermənistanı qarışdıran müsahibəsi

Tarix: 24-01-2015, 10:06 Bölmə :Ölkə Baxış: 0
Şarl Aznavurun Ermənistanı qarışdıran müsahibəsi

"“Genosid” sözünə tüpürmək istərdim. Məhz bu sözün deyilməsiylə əlimizə nə keçəcək? Qoy kütləvi qırğın desinlər. Keçmişdə baş verənləri unutmaq olmaz, amma irəliyə doğru addımlamaq lazımdır"

Erməni mənşəli fransız müğənni və aktyor Şarl Aznavurun “Nouvelles d’Arménie” dərgisinə verdiyi müsahibə qısa müddətdə Ermənistanda və Diasporada geniş səs-küyə səbəb olub.

Aznavur 2004-cü ildə Ermənistan rəhbərliyi tərəfindən “Ermənistanın milli qəhrəmanı” adına layiq görülüb. 2009-cu ildən başlayaraq Ermənistanın İsveçrədəki səfiri və BMT-dəki daimi nümayəndəsi olub.

O öz müsahibəsində bütün stereotiplərə qarşı çıxış edir, həmçinin Ermənistanın Türkiyə ilə münasibətləri iflic vəziyyətinə salan “Genosid” iddialarını tənqid edir.

Müsahibədən bir qədər öncə o, fransız telekanallarının birində çıxış edərək Türkiyə hakimiyyətinə müraciət etmişdi. Görəsən onun türklərə uzanan əllərini sıxan tapılacaqmı?

- Həmin müraciətdən sonra özünüzə yeni dostlar tapdınızmı?

- Baş verən bütün bu hadisələr artıq məndə ikrah oyadır. Bu işlərdən heç nə qazana bilməyəcəyik. Düşmənlərimiz yaddaşında “erməni məsələsi” ilə bağlı məlumat saxlayan hər kəsin ölməsini gözləyəcək, bununla da mövzu qapanacaq.Gəlin görək bu gün hansı ölkələr “Erməni Məsələsini” dəstəkləyir? Heç biri! Bircə Fransa soyqırımı tanıdı, bundan başqa heç nə.

Bu şeylərlə haraya gedib çıxacağıq? Bütün bu müddət ərzində əziyyət çəkən yenə də Ermənistandır, Ermənistan - hər gün, hər saat boşalan Ermənistan. Bir az da vaxt keçsin, Ermənistan boş bir balıqqulağına dönəcək... Bunun kimə faydası var? Üç varlı qulduramı? Üç mafiozamı? Bəs dünyanın dörd yanına səpələnmiş yüz minlərlə yoxsul erməninin halına kim yanacaq? Bütün bunları düşündükcə narahat oluram, özümdən çıxıram.

Bütün bunlar Türkiyəyə “genosid” sözünü yedirtmək üçündürmü? Ermənistan böyük təhlükə qarşısındadır, insanlarsa “genosid”ə ilişib qalıblar. Bilmirəm bunun ölkənin tərəqqisinə nə təsiri olacaq? Belə məntiqlə hara gedib çıxacağıq? Görün bu sözlərimə görə məni tənqid edənlər kimlərdir?

Onlar özləri Ermənistan üçün nə ediblər? Mən siyasi xadim deyiləm, siyasətdə çox şeydən xəbərim yoxdur, ancaq bircə şeyi dəqiq bilirəm: xilas olunmuş bir parça vətənimiz ikinci dəfə ölüm ayağındadır. İnsanlarsa terminlərə ilişib qalıb...

- Axı, siz özünüz bu məsələnin müzakirəsi üçün gərgin fəaliyyət göstəribsiniz, Senatda “erməni soyqırımı”nın inkarının cinayət sayılması haqda qanun layihəsinin qəbul edilməsində qismən də olsa sizin də əməyiniz olub. Siz Senat qarşısında çıxış edibsiniz...

- Nə dəyişdi ki?

- Siz nümayişlərdə iştirak edibsiniz...

- Nə dəyişdi?

- Siz mətbuatda məqalələrlə çıxış edibsiniz...

- Nə dəyişdi? Bütün bunlar nəyə gətirib çıxardı, bizə nə verdi? Gəlin gerçək vəziyyəti metrlə ölçək, görək “A” nöqtəsindən yola çıxaraq neçə millimetr irəliləmişik? SIFIR!

- Doğrudan heç bir millimetr də irəliləmədiyimizi düşünürsünüz?

- Heç iynənin ucu qədər də. Bundan sonra da hərəkət etməyəcəyik. Heç vaxt! Aradabir məni Türkiyəyə dəvət edirlər. Hələ bir dəfə Türkiyənin xarici işlər naziri tətilimi keçirmək üçün məni evinə dəvət etdi.

Şarl Aznavurun Ermənistanı qarışdıran müsahibəsi

Onda gəlin, onlardan nə tələb edəcəyimizi müəyyənləşdirək. Amma biz hansısa tərəflərin marağına xidmət edən siyasi oyunlar oynamamalıyıq. Mənə qalsa heç növbəti prezident seçkilərində Ermənistanda kimin seçiləcəyi vecimə deyil. Mən ancaq sərhədlərin açılmasını və ölkənin bir qədər nəfəs almasını arzulayıram.

- Siz bütün dünyaya bu arzuylamı müraciət edirsiniz?

- Bəli. Mən türklər haqda müsbət tonda danışıram. Onları maraqlı bir xalq hesab edirəm. Bircə Türkiyə ermənisi də tapmazsınız ki, türkləri sevməsin. Ola bilsin, türk dövlətinin onlara münasibəti, siyasəti xoşlarına gəlməsin, amma onlar həmişə türk xalqından razıdırlar. Mənim məqsədim bir yolla tərəqqiyə yetişməkdir.

- Bəs 2009-cu ildə Sürixdə türklərlə imzalanmış protokolların pozulması sizi məyus etdimi?

- Onlar bu gün axşam imzalandı, sabah axşam qüvvədən düşdü. Mən məyus olmadım, çünki məhz belə olacağını gözləyirdim. Niyə? Hələ türklərlə imzalanmış heç bir müqavilə təsdiq edilməyib. Hər dəfə hansısa bir məqamda onlar müqavilədən imtina edirlər və bundan sonra çar-naçar qalırsan. Onların indiki strateji mövqeləri belə davranmalarına imkan verir.

Onlar özlərini güclü sayırlar, buna uyğun olaraq nadirən güzəştə gedirlər. Bəs biz neynəməliyik? Şəxsən mən heç nə etməməyin tərəfdarıyam. Məndən daha heç nə gözləmək lazım deyil... heç bir şey. Bütün bunlar məni bezdirib. Gücümü boşuna sərf etmək istəmirəm. Türk xalqına həmişə yalançı həqiqətləri təbliğ ediblər. Deməli, elə bundan başlamaq lazımdır, onlara əsl həqiqətin fərqli olduğunu demək lazımdır.

- Hər iki tərəfi razı salmaq üçün çox ağıllı olmaq lazım deyilmi?

- Hə, sadəcə ağıllı. İş görmək lazımdır, təşəbbüskarlıq lazımdır. İndi mən sizə bir sual verim: neçə müddətdir türklər bizim Türkiyədəki dədə-baba yurdlarımızda yaşayırlar? Görün almanlar heç Elzas-Lotaringiyanın adını ağızlarına alırmı? Biz (fransızlar) isə daha Rur adlı torpağımızdan əlimizi üzmüşük. Gərək ağıllı olasan və gerçək durumu qavrayasan. Mən hələ daha da irəli gedərəm. Tutaq ki, onlar bizə torpaqlarımızı qaytardılar, kim gedib orda yaşacaq? Heç kim. Gəlin ayıq baxaq. Ölçüb-biçək.

- Siz necə düşünürsünüz, Ermənistan höküməti vəziyyəti dərk edib, atacağı addımları dəqiq bilirmi?

- Buna şübhə edirəm. Növbəti dəfə görüşəndə onlarla bu mövzuda danışacam. Onların rəyini öyrənmədən nə isə addım atmaq istəmirəm. Ancaq düşünürəm ki, onların əsas hədəfi sərhədlərin açılmasıdır. Hardasa söz davası gedir, amma konkret yerlərdə, konkret insanlar blokadadan əziyyət çəkir.

- Bağışlayın, sizə elə gəlmirmi ki, ermənilərin kütləvi mühacirətinin səbəbi, xalqın inamını tükədən indiki hakimiyyətdir? Hələ bura həll olunmamış Qarabağ problemini qatmıram. Sizcə bu məsələdə güzəştə getmək lazımdırmı?

- Əlbəttə. Ermənistanda xalqın vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atılmır. Əksinə. Mən orda ağalıq edən iyrənc mafiozlardan xəbər tuturam. Camaatı elə vəziyyətə salıblar ki, kəndli öz torpağını əkib-becərə bilmir, acından ölür. Mafiyanın nümayəndələrini yığıb güllələmək lazımdır. Mafioz olmaq istəyirsən? Get başqa ölkəyə, orda özünə mafiya qur, nə edirsən et. Mafiyalara qapılarını açan o qədər ölkələr var ki. Ancaq gərək öz ölkənin içində, öz xalqının başında mafiyanın at oynatmağına göz yummayasan!

- “Erməni məsələsi” ilə bağlı mövqeyiniz necədir?

- Mən razılıq əldə edilməsini istəyirəm. İstəyirəm türklər 1915-ci ildə baş verənləri qəbul etsinlər. Ancaq “genosid” sözünə tüpürmək istərdim. Məhz bu sözün deyilməsiylə əlimizə nə keçəcək? Qoy kütləvi qırğın desinlər. Keçmişdə baş verənləri unutmaq olmaz, amma irəliyə, ümüdə doğru addımlamaq lazımdır.

- Bəs, Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsünüz? Ermənistana ən çox təhlükə hardan gəlir, Türkiyədən, yoxsa Azərbaycandan? Siz nə təklif edirsiniz?

- Bu ümumi paketin bir hissəsidir. Bu normaldır. Gərək Qarabağla bağlı vicdanlı olaq. Stalin Qarabağı Azərbaycana hədiyyə edənə qədər kimə məxsus idi? Digər tərəfdən Qarabağ Ermənistanın olub, ya yox? Yox, o, suveren ərazidir. Mən düz deyirəm ya yox?

- Demək istəyirsiniz güzəştə getməliyik?

- Xeyr, Qarabağın eynilə Azərbaycan və Ermənistan kimi suveren ərazi olduğunu qəbul etməliyik. Bəlkə mən utopikəm?

- Bu mövqedən çıxış edərkən, əvvəlcədən erməni hakimiyyəti ilə razılaşıbsınızmı?

- Mən erməni hakimiyyəti ilə nə vaxt danışsam, həmişə deyirlər ki, sən haqlısan. Amma onlar heç nə eləmirlər. Eyni şey Fransaya da aiddir. Hakimiyyətlərlə danışmağın mənası yoxdur. Hansı hakimiyyət olursa olsun, hamısı bir şeydir. Bizim sözümüzlə Fransanın nə isə edəcəyinə inanmıram. Hamısı əbəsdir, çünki Türkiyə Fransa üçün vacib partnyordur. Onlar Türkiyəni gözardı edə bilməzlər.

- Yeni konsert turnenizdən razı qaldınızmı?

- Çox razı qaldım. Çoxlarına yerini göstərdim. Haqqımda pis şeylər yazanlar, indi çarəsizlikdən böhtana əl atırlar, daha az tənqid, daha çox böhtan yazırlar. Necə olur olsun, onlar heç vaxt qazandığım uğuru mənə bağışlamayacaqlar. Bəlkə mən öləndən sonra bağışlayalar. Ancaq mən ölməyə hazırlaşmıram. İstəyirəm Ermənistanın xalqım üçün bir şeylər etdiyini görüm. Orda xalq yavaş-yavaş ölüb getməkdədir. Hökümət deyir ki, indi ölkədə 3,6 milyon əhali var, amma bu doğru deyil.

Özünüz görəcəksiniz azca vaxt keçsin, ölkədə cəmi 1,8 milyon adam qalacaq, sonra da 1 milyon, onlar da mafiyanın əlində. Bəs ölkəmizdə kim yaşayacaq, çinlilərmi? İstərdim hər bir erməni özündən soruşsun: əcdadlarımızın torpağı qarşısında borcum nədir, bu borcumu boynumdan atsam, yaxud qəbul etsəm ölkəm nə qazanacaq? Bax onda, o başa düşəcək ki, heç nəylə məşğul olmur. Gördüyünüz kimi çoxlu suallar verirəm.

- Yeri gəlmişkən, ermənilərə “ayılın” demək istərdinizmi?

Şarl Aznavurun Ermənistanı qarışdıran müsahibəsi

- Onlarda bəzi hissləri oyatmaq lazımıdr. Türklərdə də həmçinin. Bu xalqlar xeyirxah iradəylə silahlansalar öz aralarında hər şeyi həll edəcəklər.

- Siz Ermənistanın hər üç prezidenti ilə tanışsınız. Onlarla bu mövzuda danışa bilirsinizmi?

- Xeyir, bu mənlik deyil. Onlar xeyirxah adamlardılar, ancaq bəzən vəziyyət elə gətirir ki, qərarlarını dəyişməli olurlar. İstənilən halda, heç vaxt onların heç biri mənə “yox” deməyib! Bəlkə də desəydilər daha yaxşı olardı. İndi erməni olmaq necə bir şeydir? Bilmək istərdim. Diaspora tərkibində fəaliyyət göstərən erməni olmaq nə deməkdir? Məclislər təşkil etmək və başqa məclislərdə iştirak etmək, mağaza sahibi ola-ola genosiddən dəm vurmaqmı? Budurmu erməni olmaq? Bu çox-çox azdır.

Söhbətləşdi: Ara Toryan

26.09.2012

/ Azadlıq radiosu /
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ŞOK! Türkiyədə “Erməni soyqırımı” tədris olunur

    ŞOK! Türkiyədə “Erməni soyqırımı” tədris olunur ...

    30-11-2012, 22:09

  • 
  • Olland Türkiyəyə səsləndi

    Olland Türkiyəyə səsləndi ...

    13-05-2014, 11:36

  • 
  • Ermənistan Türkiyə və Azərbaycandan torpaq tələb edir

    Ermənistan Türkiyə və Azərbaycandan torpaq tələb ...

    6-07-2013, 19:19

  • 
  • İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” elan etdi

    İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” ...

    23-07-2013, 14:28

  • 
  • Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş Assambleyasında debatlarda çıxış edib

    Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş ...

    2-10-2018, 21:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu