İşğalçı ölkənin baş prokuroru İrəvanda "iddialı" bəyanatlarla çıxış edib
Ermənistanın Baş prokuroru Ağva Ovsepyan Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış edib. Türkiyə mətbuatına istinadən xəbər görə “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda təşkil edilən konfransda çıxış edən Ağva Ovsepyan bildirib ki, Türkiyə Ermənistana aid kilsələri və “işğal etdiyi əraziləri” tezliklə qaytarmalıdır.
Ağva Ovsepyan qeyd edib ki, bu gün Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var: “Düşünürəm ki, bunu həll etmək üçün hüquqi dəlillərə əsaslanaraq, yeni bir ərizə forması hazırlanmalıdır. Sonra bu forma Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq məhkəmələrə təqdim edilməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?