Külli miqdarda narkotik vasitə satan Balakən rayon sakini həbs edilib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
Keçirilmiş tədbir nəticəsində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Şamil Ziyəddin oğlu Umarov narkotik vasitə hesab olunan 1 kiloqram 232 qram qurudulmuş marixuananı şərti alıcıya satarkən yaxalanıb.
Faktla bağlı Balakən RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlayıb, Balakən rayon məhkəməsinin qərarı ilə Şamil Umarov barəsində həbs- qətimkan qərarı çıxarılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?