GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda İŞİD örnəyi: Baş kəsənlərin sayı niyə artır?

Azərbaycanda İŞİD örnəyi: Baş kəsənlərin sayı niyə artır?

Tarix: 27-01-2015, 23:06 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda İŞİD örnəyi: Baş kəsənlərin sayı niyə artır?

Dəyanət Rzayev: “Televiziyalarda, internetdə bu cür hadisələrin detalları ilə göstərilməsi insanların şüuraltına təsir edir”

Azərbaycanda baş verən kriminal hadisələrin təhlilini aparsaq, son zamanlar başkəsmə üsulu ilə törədilən qətllərin sayı artıb. İŞİD terror təşkilatının həyata keçirdiyi cinayətlərin, başkəsmə səhnələrinin mediada yayılmasının ardından Azərbaycanda da bu tendensiya güclənməkdədir. Son zamanlar mətbuatda yayılan xəbərlərdə ailə-məişət zəminində baş verən cinayətlərin əksəriyyətində “başını kəsərək, qətlə yetirib” ifadəsinə rast gəlirik.

Vaxtilə İraq prezidenti Səddam Hüseynin asılaraq, edam olunması səhnəsinin televiziyada yayımlanmasından sonra dünyanın hər yerində, o cümlədən, Azərbaycanda da özünü asaraq, intihar edənlərin sayı ciddi şəkildə çoxaldı.

Bəs görəsən, bu kimi hadisələrin mediada yayımlanması cəmiyyətə, insanların psixologiyasına necə təsir edir? Belə hadisələr cəmiyyətdə qətl, intihar hallarının artmasına səbəb olurmu?

Azərbaycanda İŞİD örnəyi: Baş kəsənlərin sayı niyə artır?

Musavat.com-un suallarını cavablandıran psixoloq Dəyanət Rzayev bildirdi ki, cəmiyyətdə hər zaman faciəvi hadisələr silsilə şəklini alır: “Məsələn, bir müddət öncə bir nəfər Qarabağ qazisi özünü yandırdıqdan sonra onlarla insan bu yola əl atdı. Son zamanlar körpünün üzərinə çıxaraq, intihar çağırışı etmək də bir ənənə halını alıb. Təbii ki, bu tendensiya olmasa belə, intihar etmək istəyən insan bunu edəcək. Deməli, bu, sadəcə, üsul seçimidir. İnsanın beynində intihar etmək üsulu cəmiyyətdə geniş yayılan xəbərlərə əsasən formalaşa bilər.

Televiziyalarda, internetdə bu cür hadisələrin çılpaqlıqla, detalları ilə göstərilməsi insanların şüuraltına təsir edir və onlar intihar edərkən, yaxud kimisə qətlə yetirməyə qərar verərkən mediadan tanış olan üsulu seçirlər. Təbii ki, qətllərin, intiharların səbəbi televiziyada göstərilən qətl hadisələri deyil. İnsanları cinayətə sövq edən səbəblər başqadır. Bu, sadəcə, cinayətin hansı üsulla həyata keçirilməsini seçməyə təkan verir. Müəyyən strukturlar özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, mətbuat bu haqda yazmamalıdır.

Əksinə, bu haqda daha çox yazmaq və maarifləndirmə işləri aparmaq lazımdır. Medianın bu hadisələri işıqlandırmaqdan imtina etməsi ilə nə ailədaxili münaqişələr azalacaq, nə də intihar halları... Bu sahədə profilaktik tədbirlər aparmaq lazımdır. Çünki bu kimi hadisələrin meydana gəlməsi sosial-psixoloji amillərin nəticəsidir. Bu, tipik psixoloji problem deyil.

İntihar edən, qətl törədən insanların əksəriyyəti sağlam şəxslərdir. Çox zaman onlara bəraət qazandırmaq üçün həmin insanların ruhi xəstə olduğunu iddia edirlər”.

Psixoloq qeyd etdi ki, digər tərəfdən televiziyada, mətbuatda bu tipli xəbərlərin çox getməsi hadisələri adiləşdirir: “Məsələn, biz bu barədə çox sakit və rahat şəkildə danışırıq. İnsanın hər hansı məsələ ilə bağlı adaptasiyası təbiətin qanunudur. İnsanlarda həssaslıq azalıb və məişət cinayətlərinin də sayı artıb. Ancaq ən önəmli sual odur ki, intihar və ailədaxili qətl hallarının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Cəmiyyətə fikir versəniz görərsiniz ki, insanlar çox gərgin və aqressivdir. Bunun da əsas səbəbi sosial problemlərdir. Cəmiyyətdə çox kəskin təbəqələşmə gedir. Bir təbəqə həddindən artıq kasıb, digər təbəqə çox varlıdır. Ailə başçısı çörək pulunu qazana bilmir, evə gərgin gəlir, kiçik bir qığılcım kifayətdir ki, o, özündən çıxsın. Bu gün Azərbaycandakı qiymətləri nəzərə alsaq, 300-500 manat gəlirlə bir ailəni normal dolandırmaq mümkün deyil. Bütün bunlar insanların psixikasına mənfi təsir edir və onlarda tədricən həssaslıq, humanizm hissləri itir.

Adətən, əsəbləşib özündən tez çıxan insanlar belə addımlara əl atmır. Daha çox sakit, hisslərini büruzə verməyən insanlar müəyyən müddət dözəndən sonra problemlərini bu cür aqressiv yolla həll etməyə çalışırlar”.

Dəyanət Rzayevin sözlərinə görə, internetdə yayılan videolar, televiziyada yayımlanan görüntülər, filmlərdə aqressivlik aşılayan kadrlar, kompüter oyunları insanların şüuraltına təsir edərək, onlara özlərinin də hiss etmədiyi instinktlər aşılayır: “Bunu sadə bir misalla sübut etmək olar. Məsələn, televiziyada çox keyfiyyətsiz və zərərli bir içkinin reklamı gedir. İnsanlar bunun zərərli olduğunu bilsələr də, daha çox həmin məhsuldan almağa başlayırlar. Əgər belə olmasa idi, iri şirkətlər gəlirlərinin 30 faizini reklama sərf etməzdilər.

Deməli, qətl, intihar görüntüləri ilə bağlı da bunu demək mümkündür. İnsan bu görüntülərə baxarkən yolverilməz olduğunu anlayır, ancaq yaranan ilk məqamda öz hərəkətlərində şüuraltında formalaşan düşüncəni həyata keçirir. İndi hətta uşaqlar üçün olan kompüter oyunlarında da, cizgi filmlərində də aqressivlik, zorakılıq təbliğ olunur”.

Nərgiz Liftiyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ailə-məişət zəminində törədilən cinayətlərin sayı artıb

    Azərbaycanda ailə-məişət zəminində törədilən ...

    20-09-2013, 23:54

  • 
  • "Azərbaycanda cinayətlərin sayı artacaq" — Psixoloq rəyi

    "Azərbaycanda cinayətlərin sayı ...

    12-01-2016, 20:42

  • 
  • Azərbaycanda İŞİD əleyhinə kampaniya başladı

    Azərbaycanda İŞİD əleyhinə kampaniya başladı ...

    20-08-2014, 12:38

  • 
  • İŞİD silahlılarının sayı açıqlandı

    İŞİD silahlılarının sayı açıqlandı ...

    24-01-2015, 09:59

  • 
  • Başkəsən azərbaycanlıların statistikası - Fotolar

    Başkəsən azərbaycanlıların statistikası - Fotolar ...

    8-01-2015, 12:15


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu