…Hər şey Şəkidən olan iki bacının faciəsindən başladı.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, Azərbaycanda tendensiya halını alan başkəsmə, daha doğrusu, boğaz kəsmə cinayətlərinin statistikasını hazırlayıb.
Bakıda 20 yaşlı pianoçu Pərvanə Nuriyevanın bacısı, skripkaçı Günel Nuriyevanın başını kəsməsi ilə ölkədə “İŞİD qətliamları” vüsət almağa başladı.
Əməkdaşımız internet resurslarında kiçik araşdırma zamanı demək olar ki, hansı əyalətin adını axtarış veribsə, orada başkəsmə hadisəsinin qeydə alındığı məlum olub. Zərdabda Rəşad Zeynalov, Gədəbəydə Fəxriyyə Aslanova, Sabirabadda Abbas Fətullayev, Lənkəranda Zəminə Həbibova, Masallıda Sevanə Əliyeva, Bakıda Həsən Həsənov və onlarla belə qurbanın boğazı kəsilib. Cinayətlərin tükürpədici hal almasını isə daha çox şəxsi münaqişə zəminində yaranmış aqressiya ilə əlaqələndirirlər.
Xatırladaq ki, bu statistika yalnız ötən bir ilin statistikasının mediada hallanan hissəsidir.
Sorğu
Yeni dizaynımız necədir?