Abşeron rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 26-da saat 18 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsində Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Vüsalə Qəmbərovanı və onun oğlu Vaqifi vurub. Xəstəxanaya yerləşdirilən V.Qəmbərova və Vaqif orada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?