Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə ötən gecə saat 20.00 radələrində, Saatlı rayonunun Qalağayın-Məmmədabad avtomobil yolunda qeydə alınıb.
Saatlı rayonunun Qaranuru kənd sakini Ağayev Kamil Famil oğlunun idarə etdiyi "Volksvagen" markalı, 10 LX 258 dövlət nömrə nişanlı avtomobillə yolu keçən kənd sakini, 1938-ci il təvəllüdlü Həsənova Mədinə Behbud qızını vurub. Nəticədə piyada xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?