GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xalq Cümhuriyyətinin torpaqlarına iddia

Xalq Cümhuriyyətinin torpaqlarına iddia

Tarix: 3-02-2013, 11:23 Bölmə :Ölkə Baxış: 657
Xalq Cümhuriyyətinin torpaqlarına iddia

Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi 1918-ci il may ayının
29-dan 1991-ci ilə qədər Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq onun
əraziləri ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək səlahiyyətinə malikdir


Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov rəsmi dövlət qəzeti “Azərbaycan”da “Bir səhvin acı nəticələri və ya Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi prosesi necə baş vermişdir” adlı yazısında təklif irəli sürüb. O deyib ki, ölkə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1918-ci il may ayının 29-dan 1991-ci ilə qədər Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq onun əraziləri ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək səlahiyyətinə malikdir. Alimin fikrincə, Milli Məclisin bu istiqamətdə atdığı hər hansı bir addımı Azərbaycan xalqı müdafiə edəcək”.
Professor Cəbi Bəhramovun təklifi gerçəkləşə bilərmi? “Media forum” saytı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyevin və tarixçi alim Cəmil Həsənlinin rəyini öyrənib.
Azay Quliyev: “Məsələnin həm hüquqi, həm də siyasi tərəfi var. Həqiqətən də Azərbaycan Milli Şurasının 30 may 1918-ci il qərarı ilə İrəvan Ermənistana verilib və paytaxt şəhərinə çevrilib. Bu, hüquqi bir sənəddir və məsələnin bəlli bir hüquqi çözümü mümkündür. Çünki müasir Azərbaycan 1918-ci ildə yaradılmış demokratik cümhuriyyətin hüquqi varisidir. Həmin ərazilər 1918-ci ildə bəlli şərtlər çərçivəsində verilib. Beynəlxalq praktikada belə hallara rast gəlinir. Hesab edirəm ki, bu məsələyə hüquqi qiymət verib müəyyən bir qərar qəbul etmək olar.”
Siyasi tərəfdənsə biz bunu daima gündəmdə saxlamalıyıq. Bu faktı kifayət qədər ictimailəşdirərək təkcə Azərbaycan gündəminə deyil, həm də beynəlxalq müstəviyə çıxarmalıyıq. Biz bu sənədlə sübut edə bilərik ki, indiki Ermənistan Respublikasının ərazisi Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Əlimizdə belə bir fakt varkən biz ondan tam şəkildə faydalanmalıyıq. Əgər oxşar sənəd ermənilərdə olsaydı, onlar bizi hətta beynəlxalq məhkəməyə də verərdilər. Buna görə də ekspertlər bir araya gəlməli, işçi qrupu yaradılmalı, məsələ tam şəkildə araşdırılmalıdır. Sonra Milli Məclisin və digər dövlət qurumlarımızın, diplomatik nümayəndəliklərin və cəmiyyətin bu istiqamətdə nə iş görə biləcəyi dəqiqləşər. Bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində erməni təcavüzünün, xüsusilə də ermənilərin bizə qarşı apardığı informasiya müharibəsinin durdurulması üçün daha geniş imkanlar açılar.
Milli Məclisin 1918-1991-ci illər arası çıxarılan qərarları ləğv etməsi təklifinə gəlincə, məsələyə hüquqşünaslar qiymət verməlidir. Amma hər kəs bilməlidir ki, Azərbaycan parlamenti belə bir iradə sərgiləyə bilər. Mən hesab edirəm ki, tarixi faktlar mütləq üzə çıxarılmalıdır. Biz bu məsələdən həm siyasi proseslərdə, həm də informasiya müharibəsində maksimum yararlana bilərik, ermənilərin təbliğat maşının qarşısına bu cür ciddi dəlillər çıxartmaqla onların uduzmasına nail ola bilərik.
Cəmil Həsənli: “Mən hesab edirəm ki, biz ilk növbədə Ermənistanın son illərdə işğal etdiyi torpaqları azad etməliyik. Bu torpaqlar dünyanın Azərbaycan ərazisi kimi tanıdığı torpaqlardır və gücümüz varsa, həmin əraziləri geri almalıyıq. Həmin torpaqlar azad edildikdən sonra ayrı məsələlər haqqında düşünmək olar. 1918-ci ildə verilmiş qərarın ləğv edilməsi məsələsinə gəlincə, bilmək lazımdır ki, hüquqi baxımdan bu mümkündürmü? Parlamentin əvvəl verilmiş qərarları ləğv etmək səlahiyyətinə malik olub-olmadığı dəqiqləşəndən sonra bu haqda nəsə söyləmək olar.”
Sevinc
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA-nın statusu ilə bağlı fərman ləğv edildi

    AMEA-nın statusu ilə bağlı fərman ləğv edildi ...

    16-02-2016, 14:42

  • 
  • "26 Bakı komissarı"nın əsl tarixi araşdırıldı

    "26 Bakı komissarı"nın əsl tarixi ...

    26-05-2013, 17:50

  • 
  • İlham Əliyevin böhtanına cavab verildi

    İlham Əliyevin böhtanına cavab verildi ...

    30-12-2012, 10:43

  • 
  • "Vahid Millət" Dövlətçiiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

    "Vahid Millət" Dövlətçiiliyə Dəstək ...

    27-05-2013, 19:12

  • 
  • Daha bir bələdiyyə ləğv edilir

    Daha bir bələdiyyə ləğv edilir ...

    6-02-2016, 18:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu