GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı, 20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks – FOTO - VİDEO

Bakı, 20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks – FOTO - VİDEO

Tarix: 28-01-2015, 00:51 Bölmə :Ölkə Baxış: 0
Bakı, 20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks – FOTO - VİDEO

"Nəəəə... Nə otel? Özümün evim var".

gundemxeber.az Publika.az-ın fahişələrlə bağlı hazırladığı reportajı təqdim edir.

"Kiminsə pul müqabilində başqasının qarşısında soyunması, yaxud öz bədənini göstərməsinin necə ləyaqətsiz hərəkət olması haqqında ilk dəfə İsmayıl Şıxlının “Cəbhə yolları” romanında oxumuşdum. Ona isti yemək verməsindən razı qalan faşist əsgəri azərbaycanlı yazıçının bu humanistliyi müqabilində çəkməsini, sonra isə cibindəki albomu sovet əsgərinə hədiyyə olaraq vermək istəyir. Yazıçı albomu açaraq onun səhifələrindəki çılpaq qadınların fotolarına baxır. Özünün də dediyi kimi başqasını qarşısında soyunmaqla öz ləyaqətini alçaldan bu şəxslərin şəkilləri onda ikrah hissi doğurur. Bu mənada, yazıçının fikirləri ilə razılaşmamaq olmur.


Təəssüf ki, hər gün belə xoşagəlməz mənzərələrlə qarşılaşırıq. Paytaxtın bəzi yerlərində günün axşam saatlarında qarşımıza çıxıb söz atan fahişələrin təklifləri də bu qəbildəndir. Publika.az şəhərimizin bir sıra yerlərində əxlaqsızlıqla məşğul olan qadınlarla bağlı reportajı sizə təqdim edir.

“...30 manat özümə, 10 manat evə...”

Paytaxtda əxlaqsızlıqla məşğul olan qadınların özlərinə daimi yer seçdikləri məkanlardan olan Səməd Vurğun bağında günün gecə saatlarında qısa müşahidələr aparmaq kifayətdir ki, burada nələrin baş verdiyini gözlərinlə görəsən. Parkın sol hissəsindəki oturacaqlarda əyləşmiş iki qadının həm geyimi, həm də davranışları diqqət çəkirdi. Kosmetikadan ifrat dərəcədə istifadə edən, sifətlərini müxtəlif rənglərlə şit, eybəcər hala salan qədim peşənin müasir sahibləri müştəri “ovu”na çıxmışdılar. Havanın soyuq olmasına baxmayaraq, onlardan biri ətrafdakıların diqqətini cəlb etməkdən ötrü əyninə dar, qısa yubka, dəri gödəkcə geyinmişdi. Yaşı təxminən 42-44 olan bu qadın yaxasıaçıq koftanı qadınlara qarşı həssas olan kişilərin gözlərini qamaşdırmaq üçün geymişdi. Belə də oldu – onun tələsinə təxminən 19-20 yaşlarında olan iki gənc düşdü. Aralarındakı söhbət qısa çəkdi. Gənclər gülüşüb uzaqlaşdılar. Bayaqdan onlara göz qoyduğumu görən qadın gülümsünüb göz vurdu. Ayaqlarını cütləşdirib qarşımda dayandı:

- Canım, salam?
- Salam.
- Necəsən?
- Yaxşı...
- Gedək...?
- Hara?
- Yaxınlıqda yerim var. 30 manat özümə verəsən, 10 manat da evə, 5 manat da taksiyə.
- Yerin haradadır?
- Beş dəqiqəlik yoldur. Gedirik?
Onu söhbətə cəlb etmək, danışığımızı uzatmaq üçün dilə tutdum:
- Bir nəfəri gözləyirəm, qoy gəlsin.
- Kimdir bir nəfər? İlişdirərsən a məni...
- Narahat olma, adam ilişdirən deyiləm.
- Bəs gözlədiyin kimdir?
- Dostum. Başqa yerə getmirsən?
- Başqa yer haradır? Yox, evə-zada getmirəm. Beş dəqiqəlik seksdən ötrü durub Bakının o başına gedəsi deyiləm ki.

Onun rəfiqəsi dialoqumuzu eşidəcək bizə yaxınlaşdı. Əynində qara gödəkcə və dar cins şalvar, ayağında uzunboğaz ayaqqabısı olan bu qadın üzünə süni təbəssüm verib, güldü. Məni başdan-ayağa süzüb maraqla soruşdu:
- İki nəfərsiniz?
- Hə.
- Dostun nə vaxt gələcək?
- Elə indilərdə. Sənin adın nədir?
- Esi.., Esmira.
- Bəs bunun?
- Gulya. Adımızı neynirsən?
- Elə belə soruşdum.
- Gəl mənimlə gedək, dostun da Gulyayla gedər.
- Qiymət neçə olacaq?
- Dedim də qiyməti.
- Aşağı yer yoxdur?
- Daha bundan aşağı nə “ustupka”?


“Burda çox dayanmaq olmur, ilişirlər”

Bu zaman uzaqdan iki nəfərin parkın mərkəzinə doğru gəldiyini görən qadınlar “gözləyirik” – deyə, məndən aralandılar, guya avtobus gözləyən sərnişinlər kimi dayanacağa tərəf getdilər. Məlum oldu ki, onlar əraziyə nəzarət edən asayiş keşikçilərindən yayınmaq üçün tez-tez belə fəndlərdən istifadə edirlər. Parka gələnlərin sakinlər olduğunu görən qadınlar təxminən 2-3 dəqiqə sonra yenidən mənə yaxınlaşdılar. Onlardan biri tələsik, “nə oldu, dostun gəlmədi?” – deyə sualdolu baxışlarını mənə zillədi. Cavab verdim ki, mənimlə gələn guya indicə metrodan çıxacaq. Özünü guya Gulya kimi təqdim edən qadının səbri daraldı:
- Dostunu neynirik e? Gəl gedək o, Esiylə gedər. Pulun varsa, gedək elə ikimizlə də...
- Az qalıb, dostum çatır.
- Bizim vaxtımız azdır.
- Hara tələsirsiniz?
- Tələsmirik e, burda çox dayanmaq olmur. İlişirlər.
- Dostum çatır, lap az qalıb.
- Zəng elə, de ki, bir az tez olsun də, donduq öldük.
“Gedim metronun qarşısından qarşılayım gətirim, buraları yaxşı tanımır” – deyib, onlardan kənarlaşıram. Cavablarından bilinir ki, bu gün pul qazana bilməyiblər: “Tez ol canım, gözləyirik”. Parkdakı qadınlar ərazidə heç kimin olmaması səbəbindən yenidən avtobus dayanacağına yaxınlaşaraq, müştəri ovuna çıxırlar. Mən isə küçə qadınlarını gecələr müştəri ovuna çıxdıqları başqa yerə - “Neftçilər” metrostansiyasına gedirəm.

Qaranlıq keçid, tənha gəzən qanıqara “ovçu”...

Qeyd edək ki, “Neftçilər” metrostansiyasının çıxışındakı körpü, daha doğrusu, bu körpünün altında gecələr qaranlığa qərq olan yer də əxlaqsız qadınların toplaşdığı məkana çevrilib. Asayiş keşikçilərinin nəzarətindən yayınmaq məqsədilə bu yerə toplaşan fahişələr şəhərətrafı qəsəbələrə doğru hərəkət edən marşrut avtobuslarının dayanacaqlarından istifadə edirlər. “Nargilə” kafesi – Bakıxanov stansiyası” istiqamətində hərəkət edən 57 saylı marşrut avtobusunun, habelə 35, 49, 81 və 185 saylı marşrut avtobuslarının dayanacaqlarından gizlənmək üçün istifadə edən bir qadının təxminən yarım saat ərzində heç bir avtobusa minməməsi onun sərnişin olmadığını göstərirdi. Ətrafdakı sərnişinləri diqqətlə süzən 37-40 yaşlı qadın körpünün altına çəkilib papiros yandırdı. Bir neçə dəqiqə əvvəl söhbətləşdiyimiz qadınlardan fərqli olaraq kiməsə söz atmır, sadəcə müştəri kimi nəzərdən keçirdiyi gənclərlə baxışmaqla kifayətlənirdi. Keçid qaranlıq olduğundan onun sifəti də aydın görünmürdü. 49 saylı avtobusdan düşən sərnişinlərdən biri deyəsən onu tanıdı. Yanından keçəndə qadına söz atdı. O isə öz növbəsində oğlana “rədd ol, sən pul verən ... deyilsən” – cavabını verməklə kifayətləndi. Bütün bunlar bu qadının qanıqara olduğunu göstərdi. Bir neçə dəqiqə sonra isə yolu keçib əks tərəfdəki digər keçidə girdi. Beləcə, qaranlıqda gözdən itdi. Deyəsən, bugünkü “ov”u alınmamışdı.

“20 manat, yer pulu, taksi pulu mənlikdir”

“Neftçilər” metrostansiyasının çıxışı, xüsusən buradkarı “McDonalds” restoranının qarşısındakı ərazi də gecələr fahişələr üçün daimi məkana çevrilib. Metronun çıxışına doğru addımlayıb yeraltı keçidə daxil olmaq istədikdə, təxminən 32-35 yaşlı qadın astadan salam verdi:
- Privet, lyubov moya.
- Privet...
Salamını aldığımı gördükdə daha da yaxınlaşdı. Yarırus, yarıazərbaycan dildə danışsa da, rus dilində mükəmməl danışa bilmədiyi açıq-aydın məlum oldu:
- Necəsən krasaveç?
- Yaxşı...
- Can, moy həyat.
- Nə qədər istəyirsən?
- 25 manat, moy həyat?
- Otelə gedirsən?
- Neee... Nə otel? Özümün evim var.
- Haradadır ev?
- Yaxındadır. Taksi aparıb gətirir, gedirik?
- Bir səbrin olsun, gözlə görək.
O, bu sözlərimi eşidəcək, əsəbiləşdi, məndən “xeyir” gəlməyəcəyinə əmin oldu. Forslanaraq dönüb çıxıb getdi. Elə bu an 3-4 metr kənarda dayanmış başqa bir qadın mənə yaxınlaşdı. Dolubədənli, 40-42 yaşlı bu qadın rəqibinin məndən üz döndərib getməsi fürsətini əldən qaçırmadı. Rəqibinin müştəriyə naz etməsindən yararlanmaq niyyətindəydi. Restoranın musiqili səs-küyü içində suallarını verdi:
- Gedək başına dönüm.
- ...
- Axşamın xeyir, gedək?
- ...
- Sən nəsə mənə tanış gəlirsən
- Ola bilər...
- Allah haqqı səni haradasa görmüşəm. Anamın goru sən mənə tanış gəlirsən.
- Mümkündür.
- 20 manat, gedək?
- 20 manat?
- Hə, yer pulu, taksi pulu mənlikdir.
- 20 manat çoxdur axı.
- Quran haqqı 10 manat otağa verirəm, 5 manat da taksiyə, aparıb, gətirəcək. Anamın qəbri, balamın canı.
- Gözləyək, dostum da gəlsin. Sən özündən danış görüm adın nədir?
- Yox, mən o yerə adam aparmıram. Buranın qızları hara gedirlərsə getsinlər, amma mən ora başqa qadın aparmıram. Ancaq özüm gedirəm.
- Gözləyək dostum gəlsin, gedərik.
- Özünlə 25 manat götürərsən.
- Öz evindir ora?
- Qəşəng yerdir, rahatdır. Vallah sən mənə tanış gəlirsən.
- Adın nədir?
- Flora.
- Bəs o birinin adı nədir? O, neçəyə gedir? Mənə 25 manat dedi.
- 25..? Qələt edir. 25 manat deyir, amma 20 manata çıxır. Dostun gəlsə, o da onu aparar. Mənə də 25 verərsən nə olar?! Amma o bilməsin ha...
- Pulu artırdın? Bayaq 20 manat deyirdin.
- Vallah bir nəfər var, ona 5 manat borcluyam.
- Bir az gözləyək dostum gəlsin.
- Yaxşı...
O, metronun qarşısında var-gəl edərək ətrafdan keçənlərə söz atmağa başladı. Biz isə dostumuzu gözləyə-gözləyə hər iki qadının hərəkətlərini izləməyə başladıq. Flora adlı qadın metrodan çıxanlara söz atır, şit-şit zarafatlar edərək gülürdü. Bu arada diqqətimizi bir məqam cəlb etdi: fahişələrə yaxınlaşanlar yalnız gənclər və yeniyetmələr yox, həm də yaşı 45-dən çox olan kişilər idi. Təxminən 45-50 yaşlı bir nəfər Floraya yaxınlaşıb ona öz təklifini verdi. Qadın da cavabından qalmadı.

Müştəri uzaqlaşıb getdikdən sonra Flora şaqqanaq çəkib güldü: “Mənə deyir ki, pulsuz gedərsən? Mən də cavabını verdim”. Elə bu vaxt əyinlərində hansısa şirkətin təhlükəsizlik xidmətinin uniformaları olan 22-23 yaşlı iki gənc Flora yaxınlaşdılar. Onunla söhbət edə-edə rəfiqəsini də soruşdular. Lakin söhbətləri alınmadı. Deyəsən, qiymət məsələsində razılığa gələ bilmədilər. Bu səbəbdən də təhlükəsizlik xidmətinin əməkdaşları ucadan qadınları söyməyə, nalayiq ifadələr səsləndirməyə başladı. Özünü Flora kimi təqdim edən qadın isə gəncləri sakitləşdirməyə çalışaraq, “get başına dönüm, sənin kimilərin çoxunu şöbədən çıxartdırmışam” – cavabını verdi. Gecəni bu qadınlarla keçirmək, əylənmək istəyən şirkət işçiləri isə uzaqlaşıb ərazini tərk etdilər.

Bir qədər keçdikdən sonra Flora mənə yaxınlaşıb, “mənə 1 manatlıq “kartuşka” ala bilərsən?” sualını ünvanladı. Cavabımı gözləmədən “Bəs dostun nə oldu, gəlmir” – sualının ardından: “Mən keçirəm o tərəfə, dostun gələndə gəlin ora” – deyib, metronun əks çıxışını göstərdi. Digər qadın isə deyəsən yağlı müştəri tapmışdı – o, iki gənclə birgə getdi.

Beləcə, paytaxtın Səməd Vurğun bağının, ətrafdakı küçələrinin arzuolunmaz sakinləri, gecələr avtobus dayanacaqlarında, keçidlərdə avtobus gözləyən küçə qadınları ilə söhbətlərimizi, onlarla bağlı müşahidələrimizi yekunlaşdırıb, geri qayıdırıq. Onlar isə səhərə qədər “iş başında”dırlar".

Bakı, 20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks – FOTO - VİDEO
Bakı, 20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks – FOTO - VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müştərilərə çılpaq qadınların xidmət göstərdiyi bərbərxana aşkarlanıb - VİDEO

    Müştərilərə çılpaq qadınların xidmət göstərdiyi ...

    2-07-2015, 14:42

  • 
  • Əkrəm Əylisliyə cinayət işi açıldı

    Əkrəm Əylisliyə cinayət işi açıldı ...

    1-04-2016, 01:30

  • 
  • Açıq-saçıq şəkilləri yayılan azərbaycanlı aktrisa - Əgər kiminsə keyfini açıramsa ... - VİDEO - FOTO

    Açıq-saçıq şəkilləri yayılan azərbaycanlı aktrisa ...

    3-07-2018, 12:58

  • 
  • "Ambulans"da intim xidmətlər təklif olunur - ŞOK

    "Ambulans"da intim xidmətlər təklif ...

    31-03-2017, 15:06

  • 
  • Azərbaycanlı yazıçının səkkizinci kitabı işıq üzü gördü

    Azərbaycanlı yazıçının səkkizinci kitabı işıq üzü ...

    4-02-2013, 10:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu