GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dünyanın imtina etdiyi dərmanlar Azərbaycan apteklərində

Dünyanın imtina etdiyi dərmanlar Azərbaycan apteklərində

Tarix: 28-01-2015, 00:59 Bölmə :Ölkə Baxış: 0
Dünyanın imtina etdiyi dərmanlar Azərbaycan apteklərində

Əczaçılıq bazarında klinik tədqiqatlarla təsiri lazımınca sübut olunmamış çoxlu sayda dərman preparatları dövr edir. Nəhəng dərman istehsalçıları artıq çoxdan başa düşüblər ki, məhsullarını müxtəlif ölkələrdə uğurla satmaq üçün onların şəfalı olması çox da vacib deyil. Dərmanların klinik sınaqdan keçirilməsinə pul xərcləməkdənsə reklama vəsait sərf etmək və məmurları "satın almaq" daha sərfəlidir.
Rusiyalı mütəxəssislər təsirsiz və faydasız dərman preparatlarının siyahısını veriblər. Araşdırmalara görə, həkimlər tərəfindən təyin olunan bir çox dərmanlar müalicə etmir. Lazımsız dərmanlar qonşularımızın bazarında 30 faizdən yuxarı həddə dəyərləndirilir. Amma rusiyalı mütəxəssislərin faydasız kimi qələmə verdikləri dərmanlar, yerli bazarda da populyardır.
Rus mütəxəssislərinin tənqid hədəfinin ilk pilləsində Actovegin, Cerebrolysin və Solcoseryl durur. Cerebrolysin - nootropic vasitədir, beyin toxumasında maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Bu dərman mərkəzi sinir sistemi funksiyasının pozuntusu, ləng inkişaf, diqqətsizlik, alzheimer sindromu xəstələri, işemik insultun müalicəsində daha geniş istifadə edilir. Hələ 2010-cu ildə dərman preparatlarının tədqiqatı üzrə ixtisaslaşan nüfuzlu beynəlxalq Cochrane Collaboration təşkilatının mütəxəssisləri Cerebrolysinin klinik tədqiqatının nəticələrinin icmalını dərc ediblər: "Bizim müayinədən keçmiş 146 nəfərdən heç birinin səhhətində preparatın qəbulundan sonra yaxşılaşma müşahidə olunmayıb. Cerebrolysinin işemik insult xəstələrinin müalicəsində effektivliyini təsdiqləyəcək hər hansı sübut yoxdur. Dərman qəbul etməyən ikinci qrupla müqayisədə onu istifadə edən birinci qrup xəstələrdə yaxşılaşma müşahidə edilməyib. Adıçəkilən dərmanı qəbul edən və etməyənlər arasında ölüm sayına görə də fərq olmayıb".
Actovegin isə müstəqil araşdırmadan keçməyib. Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarında Actovegin tətbiq edilmir. Heyvan mənşəli komponentləri olan preparatlar inkişaf etmiş ölkələrdə qadağandır. Actovegin haqqında heç bir elmi araşdırma yoxdur, bununla belə qonşu ölkədə bu preparat hamiləliyin, demək olar, bütün mərhələlərində, doğuş, doğuşdan sonrakı dövrdə, yanıqların müalicəsi, infarkt və insultdan sonra reabilitasiya, bir çox xroniki xəstəliklərdə təyin edilir. İstehsalçı korporasiyanın ingilisdilli saytında belə dərmanların yalnız MDB ölkələri, Çin və Koreyada satıldığı göstərilir. Actoveginin qəbulu müəyyən risk yaradır, o, iribuynuzluların qanından alındığına görə pasiyentin ensefalitə (beyinin iltihabı) yaxalanmaq riski var. Şəhərin müxtəlif yerlərində monitorinq apardığımız 3 böyük aptekdə satıcılar hər üç dərmanın olduğunu dedilər. Amma əczaçılar tərkibi haqqında bir fikir söyləyə bilmədilər.
Hər şeyə kömək edirsə, deməli heç nəyə yaramır
Faydasız hesab edilən ikinci dərman qrupuna Arbidol, Kagocel, Alfaron, Ingaron, Ingavirin kimi immunomodulyatorlar daxildir. Arbidolun tədqiqatı ona qripin aktiv müalicəsi üçün sınaqlarla sübut olunan bir dərman kimi baxmağa əsas vermir. Xaricdə tədqiqatçıları bu preparat həqiqi mənada maraqlandırmır. ABŞ-ın Qida və Dərman Administrasiyası (Food and Drug Administration) Arbidolu bir dərman kimi qeydiyyata almaqdan imtina edib. Rus ekspertlərinə güvənsək, bu, az tədqiq olunmuş preparatdır. Bununla belə, yaxşı reklam olunur və ən yuxarı səviyyələrdə ona lobbiçilik edilir. Ingavirin soyuqdəymə və qripin, profilaktikası, müalicəsində istifadə olunur. Dərman tədqiq olunsa da, onun effektivliyini sübut edən inandırıcı faktlar ortaya qoyulmayıb. Bu dərmanlar aptekçilərdən sadəcə birinə "yad" gəldi. Qalanları əlimdəki siyahı olan kağızda qarşısına "var" olduğunu göstərən işarə qoydular.
1919-cu ildə İspan qripi epidemiyası zamanı Fransız epidemioloq Josef Rua mikroskopun köməyi ilə qriplə xəstələnənlərin qanında şübhəli bakteriyalar aşkarlayıb. Onları Oscillococci adlandıran epidemioloq bu bakteriyaları xəstəliyin törədicisi elan edib. Sonradan Oscillococcinum vaksini hazırlanıb. Oscillococcinumun effektivliyi sübut edilməyib və təhlükəsizliyinə də zəmanət olmadığı səbəbindən dərmanın istifadəsinə icazə verilməyib. Onun monitorinqini aparan ekspertlərin fikrincə, preparatın Rusiya bazarında populyarlığının səbəbi istehsalçılarının aktiv reklam siyasəti və "obıvatel" sakinin özünümüalicəyə "sevgisi" ilə bağlıdır. Bu dərmana da bizdə "məhəbbət" var, apteklərimizdə satılır.
Dördüncü qrupa Cocarboxylase, ATF, Riboxin (İnosine) daxildir. Bu dərmanlar kardiologiya, mamalıq, nevrologiya və intensiv terapiyada istifadə olunur. Rusiyada geniş bazarı olsa da, inkişaf etmiş ölkələrdə tətbiq edilmir. Onlar nə vaxtsa ciddi tədqiqat obyekti olmayıb. İddialar var ki, adıçəkilən dərman preparatları maddələr mübadiləsinin təkmilləşdirilməsinə yardımçı olur, bir çox xəstəliklərdən sağalmağa kömək edir, digər preparatların təsirini artırmaq kimi möcüzəvi xassəyə malikdir. Amma belə bir deyim var ki, əgər bir dərman hər şeyə kömək edirsə, həqiqətdə o, heç nəyə yaramır.
Kardiologiyada ATF venadaxili yeridilir. Lakin təsiri bir neçə dəqiqə ilə məhdudlaşır. Bütün digər hallarda ATF təsirsizdir, çünki orqanizmə yeridildiyi zaman orada az "yaşayır", sonra hissələrə parçalanır. ATF-in yeganə mümkün nəticəsi vurulduğu yerdə absesin (irin) yaranmasıdır. Onun sələfi İnosine (Riboxin) də yaxşılaşmaya zəmanət vermir. Aptekçilər onların da qarşısına müsbət işarəsi yazıblar. Cocarboxylase, Cordiamin, Bicillinin abses yaratdığını ailə "praktikamız"da görmüşəm. SN Rusiyanın "Ozon" MMC istehsalı Riboxini qadağan olunmuş dərmanlar siyahısına daxil edib.
5-ci şübhəli qrupda yer alan Linex, Bifidumbacterin, Bifiform, Hylak Forte, Primadophiluc və digər probiotiklərdir. İnkişaf etmiş ölkələrdə probiotiklərin təyinatına çox böyük ehtiyatla yanaşırlar. Probiotik məhsullar müxtəlif bakteriyaların ştammlarını özündə saxlayır və onların dozası fərqlidir. Hansı bakteriyalar həqiqətən yararlıdır və ya onların təsiri üçün hansı miqdarda qəbulunun lazım olduğu aydın deyil. Amma bu qrup da bizim apteklərdə populyardır.
Plasebo effektli "boş dərmanlar" bazarda yetərincədir
Vinpocetine və Cavinton istifadə üçün tövsiyə olunmur. Dərman az tədqiq edilib və heç bir keyfiyyətli tədqiqat onda kliniki əhəmiyyətli nəticə aşkarlamayıb. ABŞ və bir çox başqa ölkələrdə dərman yox, bioloji aktiv əlavə hesab edilir. Yaponiyada təsirsizliyinə görə satışdan çıxarılıb. Bizdə isə apteklərdə var.
Nootropil, Pirasetam, Semax, Tenoten, Fezam, Aminalon, Fenibut, Pantogam, Picamilon plasebo effektli dərmanlardır. Plasebo effekti - psixoloji təsirlə müalicədir. "Boş dərmanlar Mexidol, Fenotropil, Mildronat - nootropiklər adı altında doppinqlərdir, yalnız MDB ölkələrində istifadə edilir. Biz də MDB-yə daxil olduğumuz üçün bundan kənarda deyilik. Tibbi saytlarda sözügedən dərmanların insanlar üzərində tədqiqini təsdiqləyən fakt olmayıb.
"İnsan və dərman" konqresində Timalin, Timogen kimi digər oxşar immunomodulyatorların effektivliyi və qəbulunun vacibliyinin klinik tədqiqatlarda sübut edilmədiyi tanınmış mütəxəssislər tərəfindən təsdiqlənib. Lakin istehsalçılarına gəlir gətirməkdə davam edir. Bu gəlirdə Azərbaycanın da payı var, çünki bizdə də Timalin və Timogen alınıb, satılır.
Rus mənşəli Bioparox, Kudesanın "tədqiqatı" əsasən siçanlar üzərində aparılıb. Yenə aptekçilər onu satdıqlarını "imzalar"ı ilə təsdiqləyirlər.
Wobenzym istehsalçıları inandırmağa çalışırlar ki, o, gəncləşdirir və ömrü uzadır. Rusiyalı mütəxəssislər məsləhət görürlər ki, dərmanın möcüzəvi təsiri haqqında nağıla inanmaq lazım deyil, çünki bu bahalı eksperimental tədqiqatda test edilməyib. Əczaçılıq şirkətləri hətta kiçik də olsa, ümid olduğunda bir dərmanın effektivliyini sübut etməkdən ötrü tədqiqatlara yüz milyonlarla dollar xərcləyirlər. Bu tədqiqatın Wobenzym haqqında aparılmadığının səbəbini sadəcə ehtimal etmək qalır. Əvəzində onun reklamına böyük vəsait sərf edilir. Bizdə də bu dərmanlar satıldığına görə deməli reklamına inanırıq.
Glycine, Tenaten, Enerion, Grippol, Polyoxidonium qoyunqıran bitkisinin preparatlarıdır. Adıçəkilən preparatlara əlavə şərh olmasa da faydasız dərmanlar siyahısında verilib. Bizdə satışda var.
Glucosamine Chondroitin effektivliyi sübut olunmayıb. Aptekçilərdən sadəcə biri dərmanı tanımadı, ya da onlarda satışda olmadığını göstərmək üçün "minus" işarəsi qoyub.
Ürəyi müalicə etməyən ürək dərmanları
Validol nanəli konfetdən başqa bir şey deyil, tibb ilə çox uzaqdan əlaqəsi var. Nəfəsi təravətləndirir. Ürəyində ağrı hiss edən adam onu belə vəziyyətlərdə nitroqliserin əvəzinə dilinin altına qoyur və infarkt diaqnozu ilə xəstəxanaya gedir. Hər halda bu, rusiyalı mütəxəssislərinin iddiasıdır. Amma biz gözümüzü açandan validolu evimizdə görmüşük. Bütün apteklərdə də satılır. Lakin Səhiyyə Nazirliyinin web-saytında 2013-cü il üzrə qadağan olunmuş dərman vasitələrinin siyahısında Rusiyanın "Lyumi" MMC, "Tatximfarmpreparatı" ASC, Ukraynanın "Luqanskiy Ximfarmazavod" və "Farmak" şirkətlərinin istehsalı olan Validolun adı var.
Çox geniş istifadə olunan Corvalol, Valocordin daha çox tənqid edilir. Klinik sübut olunub ki, Corvalol ürək-damar xəstəliklərinə müsbət təsir etmir və eyni zamanda tərkibinə daxil olan fenobarbital toxumalarda toplanır, nəticədə onları məhv edir. Fenobarbital güclü təsiredicidir, dünyada qadağan olunub. Lakin Rusiyada reseptsiz satılır. Yuxugətirici, ağrıkəsici, damar genişləndirici, sakitləşdirici və spazmolitik olan Valocordin 1963-cü ildə Almaniyada hazırlanıb və Corvalol onun Sovet analoqudur. Onlar eyni zamanda psixotrop komponentləri özlərində ehtiva edirlər. Bu səbəbdən Şərqi Avropa hüdudlarından kənarda tanınmır, ABŞ-a idxalı ümumiyyətlə qadağandır. Yenə də peşəkarların sözlərinə güvənsək bu dərmanlar ürək vasitələri kimi qeydiyyata alınsalar da, ürəyi müalicə etmirlər. Valocordinin yaranma tarixi bütün xəstəlikləri yuxu ilə müalicənin dəb olduğu zamanlara gedib çıxır. Əslində, hər iki dərman yalnız sakitləşdirici təsirə malikdir, müalicəvi təsiri hər hansı klinik tədqiqatlarla təsdiqlənməyib... (bizimyol.info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda dərmanlar bahalaşır

    Azərbaycanda dərmanlar bahalaşır ...

    5-02-2014, 10:49

  • 
  • Azərbaycana yararsız dərmanlar bu ölkələrdən gətirilir - (Siyahı)

    Azərbaycana yararsız dərmanlar bu ölkələrdən ...

    25-10-2014, 12:24

  • 
  • MƏMURLARIN DƏRMAN BİZNESİNİN MÜDHİŞ GİZLİNLƏRİ

    MƏMURLARIN DƏRMAN BİZNESİNİN MÜDHİŞ GİZLİNLƏRİ ...

    8-10-2013, 16:30

  • 
  • Əli Əhmədov dərman qıtlığından danışdı

    Əli Əhmədov dərman qıtlığından danışdı ...

    21-11-2015, 17:38

  • 
  • Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanlar - (Siyahı)

    Azərbaycanda xəstələrə pulsuz verilməli olan ...

    8-04-2015, 16:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
ganhe bônus no BetBoom cassino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu