Qaxda mühafizə şirkətinin aldatdığı daha 150 nəfər aksiya keçirib.
ANS TV-nin məlumatına görə, Qax rayonunun 150-dən çox sakinini “Azərmühafizə” MMC kimi fəaliyyət göstərən qurumun ofsinin qarşısına toplayan onların aldadılmasıdır. Sakinlər bildirir ki, 2014-cü ilin yanvar ayından fəaliyyətə başlayan qurumun bölgə təmsilçiləri işlə təmin etmək adı ilə sakinləri addadaraq onların böyük məbləğdə pullarını mənimsəyiblər. Mühafizəçi kimi işə götürmək adıyla onlara bildirilib ki, əvvəlcədən depozit üçün pul qoyulmalıdır. Vəd verilib ki, qoyduqları depozitin yarısı həcmində sakinlərə əmək haqqı veriləcək.
“Mən işə girmək üçün 2 min manat pul vermişəm. 500 manat sığorta haqqı, 1500 manat da depozit. Bundan əlavə 200 manat da təhsil haqqı ödəmişəm. Elə insanlar var ki, onardan 750 - 100 manat məbləğındə sığorta haqqı alıblar”, - deyə şikayətçi Mübariz Əliyev bildirib.
Quruma cəlb olunan gənclər rayondakı bir neçə obyektlərlə bağlanan müqavilə əsasında mühafizə işlərini də həyata keçirib.
Aldadılanlar arasında hətta zərif cinsin nümayəndələri də olub. “Azərmühafizə”nin yerli idarəsində qadınlara ofis işlərinin veriləcəyini əmin edərək onların da minlərlə manat vəsaiti mənimsənilib.
Qurumun rəis müavini kimi fəaliyyət göstərən keçmiş polis əməkdaşı da rəhbər vəzifə tutmasına baxmayaraq o da aldadılaraq bu işə cəlb edildiyini və onların bu dələduz əməllərindən xəbərsiz olduğunu dedi.
“Mən aldandım, 6500 manat depozit qoymuşam. Bu insanların 99 faizi ya bankdan, ya da sələmə pul göturub verib”, - deyə şirkətin keçmiş rəis müavini Adil Kərimov söyləyib.
Əksəriyyət depozit adı ilə onlardan alınan pulları bölgə rəhbəri kimi fəaliyyət göstərən Sənan Qasımova verdiklərini söylədilər. Sənan Qasımovun mobil telefonunu öyrənib ona zəng vurduqda həbs olunmadığı məlum oldu. O, isə bizi inandırmağa çalışdı ki, hazırda o Bakı şəhərindədir və guya bu işlərin həll ilə məşğuldur.
Az sonra aksiya iştirakçıları rayon polis şöbəsinin qarşısına toplaşdı. Onları qəbul edən polis şöbəsinin rəisi isə bununla bağlı cinayət işi açıldığını və araşdırma aparıldığını bildirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?