Regional TV (Region TV) xəbər verir ki, Heydər Əliyev küçəsində yerləşən, Xudat şəhər sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan içərisində 2000 manat olan "Milliön" ödəmə aparatı oğurlanıb.
Mağaza sahibinin sözlərinə görə, oğrular müşahidə kamerasına düşməmək üçün işıqları söndürüb, mağazanın arxa tərəfindən içəri daxil olublar. Onlar həmçinin mağazadan xeyli miqdarda siqaret və araq da aparıblar.
Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?