GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hövsan hadisələrində iştirak edənlərə qarşı təzyiqlər başladılıb

Hövsan hadisələrində iştirak edənlərə qarşı təzyiqlər başladılıb

Tarix: 5-02-2015, 01:02 Bölmə :Ölkə Baxış: 0
Hövsan hadisələrində iştirak edənlərə qarşı təzyiqlər başladılıb

Hövsan sakini: "Görünür ki, Qardaşxan Səlimovu qorumaq üçün diqqəti ondan yayındırmağa çalışırlar"

Yanvarın 28-də Hövsan qəsəbəsinin icra nümayəndəsi Ağasəlim Əliyevin şikayəti əsasında, 118 saylı məktəbin direktoru Qardaşxan Səlimova qarşı keçirilən aksiyada fəal iştirak edən gənclər Suraxanı RPİ-nin 30-cu polis bölməsinə çağrılaraq, ifadə veriblər.

Polis bölməsində ifadə verən Azad Həsənov musavat.com-a bildirib ki, Ağasəlim Əliyev şikayətində bildirib ki, guya aksiya zamanı qəsəbə gənclərindən bir neçəsi onun "Pejo" markalı avtomobilinə xəsarət yetirərək, yararsız hala salıblar:"Ağasəlim Əliyev mənim, qardaşım Araz Həsənovun, Firdovsi Sadıqovun və Ziyad Məlikovun adlarmızı və telefon nömrələrimizi polisə verib. Onlar da gedib, ifadə veriblər. Mənə isə polisdən bildirdilər ki, artıq Ağasəlim Əliyevin şahidi də var. Bizi aksiya təşkil etməkdə və iğtişaş yaratmaqda günahlandırırlar".

Azad Həsənov araşdırmanın birtərəfli aparıldığından narazı olduğunu bildirdi: "Biz şikayət etmişdik, heç kəs onu araşdırmadı. Ancaq indi Ağasəlim Əliyev şikayət edib, qəsəbənin gənclərini yığıblar, polis idarəsinə... Mənə dedilər ki, sən aksiya zamanı çəkilən videoda gəncin ölümünə görə polisi günahlandırmısan. Ancaq mən belə bir ifadə işlətmədiyimi dedim".

Hövsan sakini onu da bildirdi ki, bu dindirmələrin səbəbi icra orqanlarının Qardaşxan Səlimovu qorumaq istəyidir: "Araşdırmanın istiqamətini bu cür dəyişməklə diqqəti Qardaşxan Əliyevdən yayındırmaq və onun məktəbdən uzaqlaşdırılmasını tələb edən sakinlərin müqavimətini qırmaq istəyirlər. Bir sözlə desək, bu, "qara məni basınca, mən qaranı basım" siyasətidir. Demək olar ki, buna nail olublar. Mən özüm müxalifətçiyəm, belə hadisələrdən qorxmuram. Ancaq polisə çağrılan digər gənclər qorxurlar. Onları ikinci dəfə çağırıb, deyiblər ki, “sizin əleyhinizə şahid var”. Gənclər də bundan daha çox narahat olublar. Ancaq burada bizim qorxacağımız heç nə yoxdur. Aksiyada bir gənc dünyasını dəyişdi, Qardaşxana qarşı isə heç nə etməyiblər. Əslində, Ağasəlim Əliyev də heç vaxt qəsəbə sakinləri ilə üz-üzə gəlmək istəməzdi. Bu hadisə bitəndən sonra o, yeddi ailə ilə düşmən olacaq. Görünür ki, onu da bu işə məcbur ediblər".

Azad Həsənovun sözlərinə görə, Qardaşxan Səlimovu qorumağa çalışmaları artıq hiss olunur: "Çünki təhqir olunan şagirdlərin valideynləri gedib, direktorun əleyhinə polisdə ifadə veriblər. Onlara da təzyiq ediblər ki, “Sizin də əskik işləriniz çoxdur. Uşaqlarınız icra nümayəndəsinin avtomobilini sındırıblar”. Demək olar ki, bütün diqqəti Qardaşxan Səlimovun əməllərindən Ağasəlim Əliyevin şikayətinə yönəldiblər".

Azad Həsənov onu da qeyd edib ki, Hövsandakı aksiyalarda aktiv iştirak edənlərə iş yerlərində də təzyiqlər başlayıb: "Mənim kiçik bir dükanım var, meyvə-tərəvəz alveri ilə məşğul oluram. Gecə saat 22:30-da dükanı bağladığım bir vaxtda polis gəldi və dedi ki, “Bizimlə bölməyə getməlisən, küçə ticarət ilə məşğul olursan”. Halbuki dükanın önünə bir neçə yeşik qoymuşdum. Məni polis bölməsinə apardılar, bir saatdan çox vaxtımı aldılar, protokol yazdılar, 80 manat cərimə elədilər, sonra buraxdılar evə getdim. Səhəri gün isə zəng edib, bizi aksiyaya görə polisə çağırdılar".

Qeyd edək ki, Hövsandakı 118 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri yanvarın 19-da qəsəbədə etiraz aksiyası keçirərək, məktəb direktorunun işdən çıxarılmasını və şagirdlərə göstərdiyi münasibətə görə cəzalandırılmasını tələb etmişdilər. Aksiya nəticəsində Hövsan sakini, 21 yaşlı Elmar Əliyev dünyasını dəyişmişdi.

Nərgiz Liftiyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hövsanda kütləvi aksiya: bir nəfər öldü - FOTO

    Hövsanda kütləvi aksiya: bir nəfər öldü - FOTO ...

    19-01-2015, 12:49

  • 
  • Hövsanda aksiya: əhali yolu kəsdi

    Hövsanda aksiya: əhali yolu kəsdi ...

    15-12-2013, 17:51

  • 
  • Azad Həsənov aclığı dayndırdı: “Aksiya məqsədinə çatıb”

    Azad Həsənov aclığı dayndırdı: “Aksiya məqsədinə ...

    31-07-2019, 13:50

  • 
  • Məmur oğlunun şikayəti təmin edilmədi

    Məmur oğlunun şikayəti təmin edilmədi ...

    22-07-2015, 13:54

  • 
  • Prezidentin işdən azad etdiyi adam yenə vəzifə başında

    Prezidentin işdən azad etdiyi adam yenə vəzifə ...

    1-06-2017, 18:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu