Hövsan qəsəbəsində sakinlər magistral yolu kəsiblər, həmçinin icra hakimyyətinin Hövsan qəsəbə nümayəndəliyinin qarşısında aksiya keçirirlər.
Hövsan sakinlərinin “Axar.az”a bildirdiyinə görə, səbəb yolların bərbad olması, martşrut avtbuslarının vaxtlı-vaxtında işləməməsi səbəbindən sakinlərin yaşadıqları məşəqqətlərdən cana doymalarıdır. Bildirilir ki, qış aylarında keçilməz olan yollar uşaqların dərsə getməsinə və təhsil almalarına imkan vermir, həmçinin əhali vaxtında işə gəlib-gedə bilmirlər və nəticədə saatlarla yollarda qalmaqla bərabər, iş yerlərini də itirirlər.
Məlumata görə, aksiyanın bir saata yaxındır başlamasına baxmayaraq, hələlik rayon icra hakimiyyətindən heç kim hadisə yerinə gəlməyib və danışıqlar aparmır.
Hazırda yol kəsildiyi üçün Hövsan qəsəbə yolunda böyük bir tıxac yaranıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?