Doğuşdan sonrakı müayinlər zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb.
Şabranda dünyaya gələn körpə görənləri heyrətə gətirir. Çünki, onun anadangəlmə gözləri yoxdu. gundemxeber.az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, həkimlər də belə halla ilk dəfə rastlaşdıqlarını bildiriblər. Şabran sakini olan Aytac Qafarova yeni ilin ilk günü normal doğuş həyata keçirib və qız uşağı dünyaya gətirib. Lakin, bu sevinc uzun sürməyib. Doğuşdan sonrakı müayinlər zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb. Məlum olub ki, körpənin göz almacıqları yoxdu. Həkimlər də bu cür halla ilk dəfədir qarşılaşdıqlarını deyirlər. Bundan sonra ailə bir müddət gözləyib. Lakin heç bir dəyişiklik olmadığı üçün körpəni yenidən müayinə etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə aparıblar. Uşağa orada da eyni diaqnoz qoyulub. Fatimə adı verilən körpənin qidalanmasında və gündəlik rejimində heç bir problem yoxdur. Səsə də normal uşaqlar kimi reaksiya verir. Lakin göz qapaqları açılmır. Qeyd edək ki,körpənin valideynləri olan Elçin Qafarovla Aytac Qafarova xala uşaqlarıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?