GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Daxili İşlər Nazirliyindən 62 min manatlıq təzminat tələbi

Daxili İşlər Nazirliyindən 62 min manatlıq təzminat tələbi

Tarix: 7-02-2015, 00:10 Bölmə :Ölkə Baxış: 0
Daxili İşlər Nazirliyindən 62 min manatlıq təzminat tələbi

Narkotiklə şərlənənərək həbs olunan gənc dövlət qurumlarını məhkəməyə verdi
Bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunan Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazovun cinayət əməli sübuta yetirilməyib və onun barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsi bəraət hökmü çıxarıb. Hökmdən Baş prokurorluq apelyasiya protesti versə də, Gəncə Apelyasiya Məhkəməsi və Ali Məhkəmə bəraət hökmünün qüvvədə saxlayıb.
İddiaçı Bayram Niyazov cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. O, cavabdeh qismində Daxili İşlər Nazirliyini, Nəqliyyatda Baş Polis idarəsini və Maliyyə Nazirliyini göstərib.
Bayram Niyazov cavabdehlərdən kompensasiya şəklində 12200 manat maddi, 50000 manat mənəvi, cəmi 62200 manat pulun cavabdehlərdən birgə tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. Onun iddia ərizəsi hakim Şərafət Məmmədovun icraatına verilib.
Qeyd edək ki, Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazov narkotik alverinə görə həbs edilib. İstintaq sənədlərinə görə, onun tutulması üçün əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsi üzrə regional şöbəsi və Gəncə stansiyası xətt polis şöbəsinin əməkdaşları keçirib. Bayram Niyazov guya narkotik vasitə satarkən saxlanılıb.
İttihama görə, əməliyyat 25 iyun 2012-ci il tarixində keçirilib. Bayram Niyazov həmin gün Balakən rayonunun Sarıbulaq kəndi ərazisində baxımsız sahədə bitən çətənə kollarını yığıb. O, narkotik vasitə hesab olunan marixuananı Elşad Məsiyevlə birlikdə Gəncə şəhərinə gətirib. Həmin gün saat 17.00-da şərti alıcı olan Gəncə stansiyası xətt polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Vüqar Qədirova 2159,78 qram narkotik vasitəni 3 min ABŞ dollarına satarkən həbs edilib. Bayram Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Məhkəmə araşdırması zamanı Bayram Niyazovun uşaqlıqdan xəstə olması müəyyən olunub. O, daimi ürəkgetmədən və ruhi xəstəlikdən əziyyət çəkib. Məhkəmədə həmçinin Bayram Niyazovun şərlənərək həbs edildiyi aydınlaşıb. Onun vəkili Ceyhun Yusifov iş üzrə narkotik vasitələrin tapılması zamanı hal şahidi olmuş Kəramət Məmmədov və Tofiq Hüseynovun narkotik vasitələrlə bağlı çoxsaylı cinayət işlərində iştirak etdiklərini sübuta yetirib. Vəkilin Gəncə şəhəri Nizami və Kəpəz rayon məhkəmələrinə, eləcə də Gəncə Ağır Cinayətlər Məhkəməsindən aldığı sorğulardan məlum olub ki, ibtidai istintaq zamanı Bayram Niyazov həbs olunan zaman hal şahidi qismində dəvət edilmiş Kəramət Məmmədov və Tofiq Hüseynov mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə keçirilmiş axtarış və götürmə hərəkətləri zamanı hal şahidi qismində iştirak ediblər. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışlardan o da müəyyən olunub ki, hər iki hal şahidi 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində iştirak ediblər. Kəramət Məmmədov və Tofiq Həsənov ümumilikdə 29 cinayət işində hal şahidi olublar. Həmçinin Bayram Niyazovu Gəncə şəhərinə aparan Elşad Məsiyevin polisin təhrikçisi olduğu, başqa 5 rayonda da belə cinayət işlərində iştirak etdiyi üzə çıxıb. Eyni zamanda ekspertiza rəyindən məlum olub ki, Bayram Niyazov da tapılan narkotik vasitənin tərkibi digər cinayət işləri üzrə olan narkotik vasitələrin tərkibi ilə eynidir. Məhkəmə hökm elan edən zaman Bayram Niyazovun əməlində cinayət tərkibi görməyib.
Məhkəmə Bayram Niyazovun barəsində bəraət hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxıb. Hakimlər Bayram Niyazovun həbsində iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər. Buna görə də Elşad Məsiyev və əməliyyatda iştirak edən əməliyyatçılar barəsində xüsusi qərardad çıxarılıb.
Hökmdən prokuror Rizvan Həsənov apelyasiya protesti verib. Prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və Bayram Niyazovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçən prosesdə prokurorun şikayəti təmin edilməyib. Prokurorluq Ali Məhkəməyə müraciət etsə də, rədd cavabı alıb.
Bayram Niyazovun vəkili Ceyhun Yusifov bildirib ki, istintaq zamanı Bayram Niyazovun günahsız olması ilə bağlı dəfələrlə vəsatət qaldırıb: “İstintaq orqanı şər-böhtan xarakteri daşıyan əməli həqiqət kimi qəbul edib və ruhi xəstə Bayram Niyazovu narkotik vasitələrin qanunsuz satışında təqsirli bilib. Lakin birinci məhkəmə instansiyasında Bayram Niyazovun əməli sübuta yetirilməyib. Buna görə də onun barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə Elşad Məsiyevin polis əməkdaşları ilə birgə işlədiyini sübuta yetirib. Buna görə də Elşad Məsiyev və polis əməkdaşlarının əməlinə hüquqi qiymət verilməlidir. Belə bir tədbir görüləndən sonra Bayram Niyazov kimi günahsız insanlar şərlənərək həbs edilməyəcək”.
Ceyhun Yusifov qeyd edib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi Bayram Niyazovun bəraət alması ilə bağlı hökm elan edilib. Onun sözlərinə görə, məhkəmə araşdırması zamanı onun külli miqdarda narkotik vasitənin satışında təqsirsiz olduğu sübuta yetirilib: “Hesab edirəm ki, qanunun tələbinə uyğun olaraq Bayram Niyazovun şərlənməsi ilə bağlı tədbir görülməli, şərlənmədə iştirak eləmiş polis əməkdaşları və polisin təhrikçiləri məsuliyyətə cəlb olunmalıdırlar”.
Vəkil Ceyhun Yusifov əlavə edib ki, cinayət işinin materiallarına və məhkəmə hökmünə əsasən, 3 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədə olması ehtimalı irəli sürüldüyündən, həmin narkotikin n mənbəyi mütləq müəyyən edilməli və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Vəkilin sözlərinə görə, həmin narkotik maddə Bayram Niyazovun üzərindən tapılmayıb: “Mübahisəsiz şəkildə aydın olur ki, maddi sübut kimi tanınmış narkotik vasitənin həmin əraziyəkimlər tərəfindən və hansı şəraitdə gətirilməsi ümumiyyətlə aydınlaşdırılmayıb. Bu, hüququn fəlsəfəsinə zidd olmaqla yanaşı, müvəkkillimində hüquq və mənafeyinə toxunur. Bayram Niyazovun şərlənərək tutulması üçün əməliyyatı quran polis əməkdaşları barəsində müvafiq tədbirlər görülməli, ibtidai istintaqa prosessual rəhbərlik etmiş prokurorun hərəkətinədə diqqət yetirilməlidir. Amma bu günədək adları birbaşa məhkəmə aktı ilə təhrikçilikdə və günahsız şəxsi narkotik satışında şərləyən şəxslər barəsində heç bir tədbir görülməyib. Həmin şəxslər bu gün də hüquq-mühafizə orqanlarında öz fəaliyyətlərini davam etdirirlər. Onların hərəkəti birbaşa polisin imicinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır. Hesab edirəm ki, həmin şəxslərin qanunsuz hərəkəti nəticəsində uzun müddət həbsdə saxlanılan Bayram Niyazovun haqqı çatır ki, bu qanunsuzluqla bağlı görülən tədbirlərin real nəticəsi barədə məlumatlandırılsın. Buna görə də həm mən, həm də müvəkkilim Daxili işlər nazirindən bu hadisəni öz nəzarətinə götürməsini və lazımı tədbir görülməsi üçün göstəriş verməsini xahiş edirik”.
Vəkil həmçinin bildirib ki, cinayət işində polisin təhrikçisi kimi adı hallanan Elşad MəsiyevinBalakən rayonunda azadlıqda gəzməsi və bu günədək əməlinə hüquqi qiymət verilmədiyindən başqa günahsız insanlarında onun qurbanına çevrilməsi ehtimalı qalır.
Ceyhun Yusifovun sözlərinə görə, məhkəmə tərəfindən bəraət alan şəxsin təzminat tələbi ilə məhkəməyə müraciət etməsi nadir hallarda baş verib: “Məhkəmə təzminatı tələb etdiyi halda bundan sonra istintaq orqanları üçün dərs olacaq və bir də günahsız insanların həbs olunmasına şərait yaratmayacaq. Bunun üçün də məhkəmə ədalətli qərar qəbul etməlidir. Belə olan halda günahsız insanların həbs olunması üçün şəraitdə az olar və yaxudda olmaz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prokurorluq Aygün Bəylərin qardaşı ilə bağlı məhkəmə hökmündən Ali Məhkəməyə müraciət edib

    Prokurorluq Aygün Bəylərin qardaşı ilə bağlı ...

    23-11-2018, 10:03

  • 
  • İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi - sabiq nazir məhkəməyə gələcək

    İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu ...

    24-04-2018, 11:37

  • 
  • Bir nazirlik və iki dövlət qurumu məhkəməyə verildi

    Bir nazirlik və iki dövlət qurumu məhkəməyə ...

    23-12-2015, 13:33

  • 
  • Səfər Əbiyevin müvaini bəraət istəyir

    Səfər Əbiyevin müvaini bəraət istəyir ...

    1-06-2016, 21:23

  • 
  • Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi məhkəməyə verilib

    Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi ...

    20-04-2018, 16:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu