GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir nazirlik və iki dövlət qurumu məhkəməyə verildi

Bir nazirlik və iki dövlət qurumu məhkəməyə verildi

Tarix: 23-12-2015, 13:33 Bölmə :Ölkə Baxış: 0
Bir nazirlik və iki dövlət qurumu məhkəməyə verildi

“Kamaz” sürücüsü qəza törətdi, bərat aldı, Maliyyə Nazirliyini, Bərdə polis və prokurorluq orqanlarından 5 min manat təzminat tələb etdi

Göygöl rayon sakini Səyavuş Əliyev Maliyyə Nazirliyini, Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğunu məhkəməyə verib. İddia qalıdlmasına səbəb isə yol qəzası ilə bağlı kompensasiyanın ödənilməməsi olub. Səyavuş Əliyev iddia ərizəsində göstərib ki, 15 yanvar 2014-cü il tarixdə Yevlax-Ağdam yolunun 23-cü kilo metrliyində, Bərdə rayonunun Cəyirli kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Kamaz-53212” markalı yük avtomobolinin qabaq sağ tərəfi Eyvaz Rzayevin sürdüyü “MAN” markalı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşub.

Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobildə olan sərnişin Kənan Cəfərov sağ əlindən xəsarətlər alıb. Xəsarətlərin yüngül dərəcəli olmasına baxmayaraq Bərdə rayon MTE və PA şöbəsinin eksperti tərəfindən Kənan Cəfərovun bədən xəsarətinin ağırlıq dərəcəsi az ağır xəsarət kimi qiymətləndirilib.

Ondan sonra 30 yanvar 2014-cü il tarixdə Bərdə rayon Polis şöbəsində Səyavuş Əliyevin barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmin ilin martın 27-də həmin maddədə nəzərdə tutulan ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq zamanı Səyavuş Əliyev Kənan Cəfərovun aldığı bədən xəsarətinin ağırlıq dərəcəsinin yoxlanılması barədə vəsatət verib, amma vəsatəti rədd olunub. İş üzrə martın 31-də ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə baxışı zamanı Kənan Cəfərovun aldığı bədən xəsarətinin ağırlıq dərəcəsinin təyin edilməsi barədə vəsatəti təmin edilub və iş üzrə komission məhkəmə-tibbi ekspertizası təyin olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi tərəfindən verilmiş rəydə Kənan Cəfərovun aldığı bədən xəsarətinin küt əşyanın təsirindən törənməsi, avtomobilin salonunda olan qabarıq hissələrə dəymə zamanı yarana bilməsi və yetirilmə müddətinin 15 yanvar 2014-cü il tarixə uyğun gəlməsi, dərəcəsinə görə yüngül zərər

vurmaya aid olması göstərilib. Rəylə dövlət ittihamçısı razılaşmayıb. Dövlət ittihamçısının vəsatəti əsasında iş üzrə təkrar komission məhkəmə-tibbi ekspertizası təyin edilib.

Yenidən ekspertlər tərəfindən Kənan Cəfərovun aldığı bədən xəsarətinin ağırlıq dərəcəsi sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilib. Bundan sonra Səyavuş Əliyevin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığına görə Bərdə Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli hökmü ilə ona bəraət verilib, həmcinin barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Eyni zamanda hökmdə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsinə, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmə nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququnun həyata keçirilməsi qaydası ona izah edilib. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının 8 yanvar 2015-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin qeyd olunan hökmü dəyişdirilmədən saxlanılıb. Həmçinin Ali Məhkəmənin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının 16 aprel 2015-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının həmin qərarı dəyişdirilməyib.

Səyavuş Əliyev qeyd edib ki, istintaq orqanının qanunsuz və əsassız qərarları – cinayət işi başlanması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və əsassız məhkəmə məsuliyyətinə verilməsi nəticəsində həm özü, həm də ailə üzvləri əzab-əziyyət çəkib, habelə həyacan və qorxu içində yaşayıblar.

İddiaçının sözlərinə görə, istintaq orqanının həmin qanunsuz və əsassız qərarları nəticəsində psixoloji sarsıntı keçirib, nəticədə əsassız və qanunsuz olaraq məhkəmələrə gedib-gəlmiş və bunun nəticəsi olaraqda ona mənəvi ziyan vurulub.

Bundan əlavə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməklə 8 ay həmin qətimkan tədbirinin təhdidi altında olduğundan, həmin müddətlərdə azadlıq hüququ, daha doğrusu sərbəst hərəkət etmək hüququ pozulub, ölkə ərazisindən kənara çıxa bilməyib.

Səyavuş Əliyev Bərdə rayon Prokurorluğuna, Bərdə rayon Polis şöbəsinə və maraqlı şəxs Maliyyə Nazirliyinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldırıb. Ona vurulmuş mənəvi ziyana görə 5000 manat kompensasiyanın və hüquqi yardım üçün vəkilə ödədiyi 200 manatın cavabdehlərdən tutulması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Göyöl Rayon Məhkəməsi isə Səyavuş Əliyevin iddiasını qismən təmin edib. Dövlət büdcəsindən mənəvi ziyana görə 500 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manatın alınaraq Səyavuş Əliyevə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilib.

Məhkəmənin qərarından Maliyyə Nazirliyi narazı qalaraq apelyasiya şikayəti verib. Maliyyə Nazirliyinin şikayətində qeyd olunub ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.

Belə ki, iddia tələbindən göründüyü kimi Bərdə rayon Polis şöbəsi tərəfindən iddiaçıya ittiham elan olunaraq onun başqa yerə getməməsi haqqında iltizam qətimkan tədbiri seçilib, Bərdə Rayon Məhkəməsinin hökmü ilə iddiaçıya bəraət verilib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, Səyavuş Əliyev barəsində sadəcə başqa yerə getməmək haqqında iltizam seçilib, iddiaçı həbs olunmayıb və ya o, hər hansı təcridxanada saxlanılmayıb: “İddiaçı məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmədiyindən və ona bəraət verildiyindən onun hazırkı iddia tələbi əsassız hesab olunmalı idi. Eyni zamanda işin hallarından aydın olur ki, iddiaçının hərəkətləri nəticəsində faktiki olaraq başqa şəxs xəsarət alıb, xəsarətin dərəcəsi isə ekspert tərəfindən müəyyən edilib. Sonradan ekspertin həmin rəyi düzgün hesab edilmədiyindən iddiaçı bəraət alıb. Belə olan halda işə həmin ekspert cəlb edilməklə baxılıb və müvafiq qərar qəbul edilməli idi. Digər tərəfdən iddia tələbi cavabdehlər - Bərdə rayon Prokurorluğu və Bərdə rayon Polis şöbəsinə yönəlməsinə baxmayaraq, məhkəmə yanlış olaraq iddia tələbini Maliyyə Nazirliyinə qarşı yönəldib, nəticədə qətnamənin nəticə hissəsi onun giriş və əsaslandırıcı hissələri ilə ziddiyyət təşkil edir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə görə zərər vuran şəxs və ya delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Lakin həmin şəxslər məhkəmə prosesinə cəlb

olunmadan işə baxııb və Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq nazirlik delikt törətmiş şəxs kimi dəyərləndirib. Halbuki mövcud qanunvericilikdə Maliyyə Nazirliyi tərəfindən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə” müddəa nəzərdə tutulmayıb. Məhkəmə tərəfindən dövlət büdcəsinin vəsaitinin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilib, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməyib. Beləliklə də tərəflərin bərabərlik prinsipi pozulub”.

Maliyyə Nazirliyinin apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Rəhman Muradovun sədrliyi ilə keçirilən prosesdə Maliyyə Nazirliyinin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni ləğv edib. Yeni qətnamə də dövlət büdcəsindən məniəvi ziyana görə 500 manat, vəkilə ödənilən 200 manat da tutularaq Səyavuş Əliyevə verilməsi qət edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bərdə rayonunda polis əməkdaşları qəzaya düşüblər

    Bərdə rayonunda polis əməkdaşları qəzaya düşüblər ...

    17-07-2017, 16:15

  • 
  • Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat ...

    13-10-2015, 16:59

  • 
  • Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

    Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş ...

    5-12-2015, 16:13

  • 
  • Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb - FOTO

    Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək ...

    26-05-2017, 17:06

  • 
  • Bərdə-Tərtər yolunda qəza baş verib

    Bərdə-Tərtər yolunda qəza baş verib ...

    8-09-2015, 13:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu