Rusiya Federasiyasının paytaxtında yaşayış evlərinin birində Moskva sakini ilə Ermənistan vətəndaşı əlbəyaxa olub.
GündəmXəbər.az ANS PRESS-ə istinadən xəbər verir ki, davanın axırı qeyri adi qurtarıb- Moskva sakini qulaqsız qalıb.
Moskva hüquq mühafizə orqanları hadisə barədə məlumatı şəhər poliklinikasından alıblar. Bundan bir neçə saat keçəndən sonra “dişdən mahir” erməni yaxalanır. Polis əməkdaşları onu elə insident baş verən mənzildə aşkarlayırlar.
İstintaq nəticəsində məlum olub ki, dava şəxsi münaqişə zəmin ində baş verib. Uduzduğunu görən erməni, Mayk Tayson sayağı bicliyə əl atır və rəqibinin qulağını dişləyib qoparır. Daha sonra isə heç nə olmamış kimi, sakitcə uzanıb yatır.
Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda davanın səbəbləri incələnib, araşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?