Sabirabad rayon sakini qayınının qulağını dişləyərək qoparıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad royonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qayını - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.
Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı, 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.
X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə Salyan Rayon Xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalarından birinə çatdırılıb.
Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?